Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aprel döyüşlərinə həsr olunan silsilə tədbirlər keçirilir

 Aprel döyüşlərinə həsr olunan silsilə tədbirlər keçirilir


Newscenter.az.4.04.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Newscenter.az xəbər verir ki, təhsil müəssisələrində 2016-cı ildə baş vermiş hadisələrə həsr olunan “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir”, “Aprel döyüşləri-zəfər salnaməsi”, “Xalqımızın qürur günü”, “Azərbaycan Milli Ordusunun hərb tarixinin şanlı səhifəsi” və digər mövzularda konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.

Aprel döyüşləri ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər də keçirilib. Tədbirlərdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, eləcə də aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ermənistan silahlı birləşmələri tərəfindən atəşkəsin pozulması zamanı dinc əhalinin intensiv atəşə tutulması, Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması barədə şagirdlərə geniş məlumat verilib.

Şagirdlər Aprel hadisələrinə həsr edilmiş şeirlər, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Xəbəri paylaş