Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quba-Xınalıq yolu bağlandı

Quba-Xınalıq yolu bağlandı


Newscenter.az.11.04.2019. Bu saatlarda Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.

Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, dərhal hadisə yerinə AAYDA-nin əməkdaşları və xüsusi texnika cəlb edilib. Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün olmur.

Sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.
Xəbəri paylaş