Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar keçirilib

Qubada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar keçirilib


Newscenter.az.19.04.2019.
Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib. Newscenter.az xəbər verir ki, seminar-müşavirənin ikinci günündə çıxış edən Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov ölkəmizdə, o cümlədən Quba rayonunda mövcud olan tolerant dini mühitin qorunmasının vacibliyindən danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dindən siyasi məqsədlər üçün istifadənin yolverilməzliyini və buna qarşı mübarizədə birliyin vacibliyini önə çəkib. Səyyad Salahlı həmçinin, dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları, dünyada baş verən siyasi proseslərin dini radikalizmə təsiri barədə geniş məlumat verib. Dövlətin tarixən ölkəmizdə mövcud olan və keçmişdən bizə miras qalan mütərəqqi dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar gördüyü işlərdən bəhs edən Komitə rəsmisi eyni zamanda gənclərin, ziyalıların və din xadimlərinin dini radikalizmlə mübarizədə fəal olmalarının vacibliyindən söz açıb.

DQİDK-nın Mərkəzi Aparatının əməkdaşları Tərxan Paşazadə və Orxan Maşayev isə çıxışlarında qloballaşmanın dinin ictimai tərəflərinə təsiri, eyni zamanda radikalizmin və zərərli ideologiyaların yayılmasında sosial şəbəkələrin rolu barədə tədbir iştirakçılarını məlumatlandırıblar.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub və mövzu ətrafında müzakirələr aparılıb.
Xəbəri paylaş