Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edəcək

Nazir İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edəcək


Newscenter.az.20.04.2019. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 26 aprel 2019-cu il tarixdə, saat 11:00-da Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Zaqatala, Balakən və Qax rayonlarının sakinləri ilə görüşəcək.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-663-40-89) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.
Xəbəri paylaş