Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir daha İçərişəhərimiz haqqında

Bir daha İçərişəhərimiz haqqında


Newscenter.az.26.04.2019. Bu dəfə İçərişəhər ətrafında yaranmış məsələyə münasibət bildirmək istərdim. Status yazmaqda heç də hər zaman maraqlı olmasamda, bu mövzuyla bağlı müəyyən mənada mən də oxucularımla fikirlərimi bölüşmək istərdim.

Məsələ ilə bağlı bəzi yazıları oxudum. Aidə xanım Eyvazlının fikirləri diqqətimi çəkdi. Hər zaman olduğu kimi bu dəfəki replikasında da ciddi məqama toxunmuşdu.

Sonradan məsələ ətrafında digər ziyalılar da fikirlərini bildirdilər. Və məsələ böyüdü. Müvafiq qurum isə cavab verməyə tələsmirdi.

Ancaq deməliyəm ki, İçərişəhər Qoruq idarəsi, sanki şəhər içində şəhər olduğundan tabeçiliyidə bir növ özünəməxsus olduğundan qaldırılan məsələnin nə Bakı Şəhər İcra Hakimiyyətinə, nədəki Arxitektura və Şəhərsalma Komitəsinə, nə də ki digər orqanlara aidiyyəti var. Məsələnin cavabdeh orqanı demək elə qoruq idarəsi özü olmalıdır. Mətləbə keçək.

Yadınızdadırsa, ərazidə əvvəl ki, konstruksiya taxtadan idi. İstənilən halda heç nəyə ziyan vurmadan sökülməsi mümkün idi. İndiki layihə isə dəmir konstruksiyada deyil, dəmir-beton konsrtuksiyadır. Dəmirlə dəmir-beton konstruksiyanın fərqini isə hər bir özünüdərk edən insan yaxşı başa düşür. Və onun hər saat sökülüb quraşdırılması mümkün deyil.

Nəzərə alaq ki, artıq ərazidə beş aydan artıqdır iş gedir və hələ bu “dəmir konstruksiyanın” quraşdırılması nə vaxta qədər çəkəcəkdir, bilən yoxdur.

***

Hər halda qoruq idarəsinin açıqlaması və sonradan təcili olaraq media təmsilçilərinin əraizyə dəvət edilməsi, deyilənlərin az qala ağ yalan olmasını isbat etməsi, şəxsən məndə heç də xoş təsir bağışlamadı.

Mənə elə gəlir ki, qoruq idarəsi ora ziyalılarımızı, yazı müəlliflərini də dəvət etməliydi. Və səmimi söhbət aparılmalıydı. İndiyədək görülən işləri yox, məhz qala divarlarıyla bağlı məqamlara çox səmimi şəkildə, istiqanlılıqla açıqlama verməliydi. Ondan sonra isə gördüyü işlərlə tanışlıq olmalıydı.

Və tanışlıq çərçivəsində son beş ildə qoruq ərazisində neçə binanın sökülərək yenisiylə tiklməsinə, o cümlədən hazırda neçə ərazinin hasara alındığına da aydınlıq gətirlməliydi.

Bununla yanaşı İşərişəhər qoruğunun mühafizəsində dünya təcrübəsindən necə və hansı formada istifadə edildiyinə də aydınlıq gətirsəydi daha yaxşı olardı.

Nəzərə alaq ki, heç bir dünya ölkəsində olan qoruq-muzeydə tikinti işləri belə sürətlə və bəzən kortəbii şəkildə aparılmır.

Misal olaraq qoruq idarəsinin nəzərinə çatdırmaq istərdim ki, ölkəmizin Praqa şəhərindəki səfirliyininin binasında ciddi şəkildə təmir-bərpa işləri aparılarkən şəhər rəhbərliyi binanın fasadına toxunmağa icazə verməmişdi. Yəni, o şəhərdə hər bir bina öz görkəmində SAXLANILIR.

Bizdə isə tam əskinə, bir balaca bina da yaranan çat artıq onun sökülməsinə səbəb olur.

***

Boş vaxtlarımda İçərişəhərdə olmağı sevdiyimdən, hər dəfə bir küçəsini gəzirəm. Onun hər bir daşı belə az qala yaddaşımda dərin izlər buraxdığından İşərişəhər mənim üçün ən dəyərli məkandır. Orada olanlar yaxşı bilir ki, burada küçələr vaxtıylə elə salınıb ki, yayın cırhacırında belə təbii havalandırma olur.

Qədim tarixə mailk olan şəhərlərin hər birində belə şəhər-qalalar vardır. Və hər bir belə şəhər qalaya sahib olan xalqın təmsilçiləri onunla fəxr edirlər.

Dostlar bizi şəhərimizin qədim tarixindən zövq almaqdan mərhum etməyin, onu necə var elə də gələcək nəslə əl vurmadan,olduğu kimi, sağ salamat çatdıraq.

Vüqar Tofiqli
Xəbəri paylaş