Impera

XƏBƏR LENTİ
20:45Biz cəmiyyəti aldada bilmərik20:33Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda görüşüb15:12Biz onların addımını birəbir "kopya"lamalı, təkrarlamalı deyilik15:00Metronun "Gənclik" stansiyasında qatarda tüstülənmə olub14:2039 nömrəli müntəzəm marşrut xəttində yeni avtobuslar xidmət göstərəcək14:00Sabah hava necə olacaq?13:10Xaçmazda İcbari Tibbi Sığorta haqqında maarifləndirmə tədbiri keçirilib12:30Xəzər rayonunun 3 yaşayış massivində 24 km yol yenidən qurulur12:02Azərbaycanda intensiv meyvə bağlarına subsidiya veriləcək11:53BNA-dan sürücü və sərnişinlərə küləkli hava ilə bağlı xəbərdarlıq11:37Erməni tərəfi Qazax istiqamətində təxribat törədib11:22Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub10:57Azərbaycan və Rusiya gömrük orqanları arasında növbəti işçi görüş keçirilib10:30Belə bir başlıqla xəbər yaymaq hansı milli vicdana sığır?10:00Heyvandarlıqda innovativ yemləndirmənin əhəmiyyətinə həsr olunmuş konfrans keçirilib09:28Qazax və Ağdamdakı mövqelərimiz atəşə tutulub20:30Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib18:46Bakıda Ermənistan istehsalı olan qənnadı məmulatının satılması ilə bağlı məlumatlara aydınlıq gətirildi18:25Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri vətəndaşlarla görüşüblər18:11Korporativ idarəetmə, daxili bazar araşdırmaları və investisiya təşviqi sənədinə dair onlayn maarifləndirmə tədbiri keçiriləcək17:51Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib17:46Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub17:23Birləşmiş Ərəb Əmirliklərində keçirilən “SMART SME MENA 2019” sərgisi başa çatıb17:02Azərbaycan Özbəkistanda keçirilən CAREC tədbirlərində təmsil olunub16:51Bu yolda hərəkət məhdudlaşdırılacaq16:26Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib16:04Paytaxt məktəblərində Beynəlxalq Sülh Günü qeyd edilib15:41Hərəkətin təhlükəsizliyinə zəmanət gücləndirilir15:31Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib15:00Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib14:50Qazaxda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı zona müşavirəsi keçirilib14:06Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır13:51AAYDA rəhbərliyi vətəndaşları qəbul edib13:45Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir13:40Sabah Azərbaycanda qar yağacaq13:30Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib13:11Biz ədalətli oyunun tərəfdarıyıq: “Kaspersky Lab” kiberidmanda fırıldaqçılığa qarşı mübarizə həllitəqdim edir13:00Müəllimlər üçün peşəkar inkişaf proqramı həyata keçirilir12:46Şimal zonasında 1000-dən çox abonentin qaz təchizatında problem yaranıb12:30Hansı halda Ermənsitanla danışıqlar yoluyla problemin həll ediləcəyinə az da olsa ümid yaranır?12:24Hansı millət vəkili 300 min dollara görə deputat vəsiqəsini girov qoydu?12:09Hərbi təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub - VİDEO11:56Keçən ay 54 bina üzrə 1488 mənzilə təbii qazın verilməsi təmin edilib11:37Mehriban Əliyeva neftçiləri təbrik edib11:12Azərbaycan və Ermənistan XİN rəhbərləriı sentyabrın 23-də Nyu-Yorkda görüşəcəklər10:59Sumqayıtın qaz təchizatında məhdudiyyət olacaq10:36Yeni subsidiya mexanizminin tətbiqinə dair fermerlərə təlimlər keçirilir10:11Dini Komitə rəhbərliyi vətəndaşları qəbul edəcək09:41Atəşkəs rejimi 21 dəfə pozulub09:19Azərbaycan və Tacikistan arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib09:00“Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü qeyd olunur18:00Aparıcıdan “Qarabağ”a dəstək - Efirə belə çıxdı-VİDEO16:17"Azərsu" rəhbərliyi vətəndaşları qəbul edib15:46“Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvlüyünə qəbul edildi14:21Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub13:44Baytarlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib13:30"Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri saziş idi13:04Torpağa basdırılmış ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edildi (FOTO, VİDEO)12:41Təhsil müəssisələrində Milli Musiqi Günü qeyd edilib12:21Gələn ildən üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək12:00Cari ilin sonuna qədər ümumi qaz hasilatında 20 fazi artım proqnozlaşdırılır11:44Ölkə üzrə qaz ixracı 5 dəfədən çox artıb11:30Müdafiə naziri hərbi təlimlərlə bağlı müşavirə keçirdi11:06"Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə10:28ADAU tələbələri üçün böyük dəyər – Universitetin öz TV-si yaradılıb10:00Nobel və Babək prospektlərini birləşdirən küçələr yenidən qurulur09:30Mövqelərimiz atəşə tutulub09:00Əhməd Əhmədzadə vətəndaşlarla görüşüb15:17“Türk Hava Yolları” Avropa istiqamətində endirim kampaniyasına start verib15:05Pirotexniki vasitələr aşkarlandı14:57Milli Musiqi Günü metroda qeyd edilib14:21Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilib14:09Gürcüstandan qeyri-qanuni yolla siqaret gətirilməsinin qarşısı alındı14:00Şagirdlərin yerdəyişməsi ilə bağlı 56 462 müraciət daxil olub13:47EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 335230 nəfərə çatıb13:29Qubada "Azərişığ"ın maşını dərəyə aşıb, ölənlər və yaralananlar var13:20Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb13:00Sabah Bakıda güclü külək əsəcək12:50Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib12:38Azərbaycanda 622689 hektar sahədə payızlıq əkinlər üçün şum aparılıb12:21Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir12:00Müəllimlərin İKT bilikləri yoxlanılır11:50Külli miqdarda dərman preparatları aşkar edilib (FOTO, VİDEO)11:23Müdafiə nazirinə təlimlərin gedişi barədə məruzə edilib – VİDEO10:49Futbolçu Mahir Emrelinin evini talamaqda şübhəli bilinən şəxslər tutulublar10:23Bir neçə yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb10:00İkitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub09:30Ermənilər atəşkəs rejimini 20 dəfə pozub19:00Kənd Təsərrüfatı Nazirliyinin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb18:03Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin təşkili prosesi ilə tanış olub16:38Zabrat qəsəbəsində səth sularının kənarlaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb16:19Bakıda növbəti beynəlxalq ekoloji aksiya keçiriləcək15:42Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib15:17“Türk Hava Yolları” “2020-ci ilin beş ulduzlu qlobal hava yolları şirkəti” adına layiq görülüb14:42Avropa Şurası Azərbaycan əlaqələri qarşılıqlı hörmət prinsipinə əsaslanır14:14Neftçalanın daha bir kəndinə təbii qaz verildi14:03Kənd Təsərrüfatı Sənayesi və Əlaqədar Maşınların Sərgisi keçiriləcək13:50“İrəli” -nin əməkdaşları İspaniyada beynəlxalq layihədə13:40Paşinyanın komandasında "yarpaq tökümü" başladı13:25Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
BÜTÜN XƏBƏRLƏR
Eylül 2019 (482)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)

«    Nisan 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans panel iclaslarla davam edib

26 Aprel 2019, 19:00   
“Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans panel iclaslarla davam edib


Newscenter.az.26.04.2019. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Avropa İttifaqının Bakıdakı nümayəndəliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda ikinci beynəlxalq konfrans aprelin 26-da panel iclaslarla davam edib.

Newscenter.az xəbər verir ki, əvvəlcə Azərbaycandakı multikultural mühitdən bəhs edən videoçarx nümayiş olunub.

ADA Universitetinin dosenti Anar Vəliyevin moderatorluğu ilə "Dini icmalar sülhün carçısı kimi" mövzusunda keçirilən birinci paneldə çıxış edən Rumıniya müsəlmanlarının dini rəhbəri Murad Yusif Azərbaycanda mədəni müxtəliflik, tolerantlıq və multikulturalizm kimi məsələlər üzrə fəal iş aparıldığını qeyd edib. O eyni zamanda, Rumıniyada müsəlman icmasının fəaliyyəti, gördüyü işlər barədə ətraflı danışıb. Natiq ölkəsi ilə Azərbaycanın əlaqələrindən də bəhs edib.

Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov radikalizmi doğuran səbəblər, onunla mübarizədə qarşıya çıxan problemlərə toxunub və bu istiqamətdə təcrübə mübadiləsinin zəruriliyini vurğulayıb.

Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili ölkəmizdə dini icmalara göstərilən diqqət və qayğıya toxunub. Bildirib ki, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri üçün hər cür şərait yaradılıb.

İtaliya Təhsil Nazirliyinin əməkdaşı Covanni Koqliandro, Avropa yəhudilərinin Bakı dini icmasının, “Həyat sözü” xristian dini icmasının nümayəndələri, İlahiyyat məscidinin imamı Ceyhun Rüstəmov “Dini icmalar tolerantlıq və sülhün daşıyıcısı kimi”, “Dini icmalarla əlaqələrin qurulması və dinlərarası tolerantlıq üzrə fəaliyyət” mövzularında fikirlərini bölüşüblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə baş tutan “Dünyəvi dövlətlərdə dövlət-din münasibətləri” mövzusunda ikinci paneldə çıxış edən Rumıniya Hökümətinin Dini Məsələlər üzrə dövlət katibinin məsləhətçisi Katalina Ray müasir dövrdə din və dövlət əlaqələrinin müxtəlif ölkələrdə fərqli istiqamətlərdə inteqrativ mahiyyətə malik olduğunu bildirib. O qeyd edib ki, din-dövlət münasibətlərində dünyəvi sistem tərəfindən-“azadlıq, demokratiya, insan hüquqları və hüququn üstünlüyü”- anlayışı prinsipial hüquqi ifadə olaraq qəbul edilir. Bu baxımdan modern dövlət iddiasını daşıyan hər bir dövlət bu və ya digər cəhətdən bu prinsiplərə sadiq qalmalıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün Azərbaycanın dünyaya özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini təqdim etdiyini bildirib. Azərbaycanın bu sahədəki təcrübəsinin kifayət qədər olduğuna diqqət çəkən sədr müavini ölkəmizdə kilsə, sinaqoq və məscidlərin azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərdiklərini deyib. G. İsmayılov vurğulayıb ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizm siyasətinin banisi Ümummilli lider Heydər Əliyevdir. Ulu Öndərin müəyyənləşdirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bir sözlə, multikultural və tolerant dəyərlər Azərbaycanın mənəvi sərvətidir. Hazırda Azərbaycan dünyada bu dəyərlərin ən böyük ixracatçısına çevrilib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov rəhbərlik etdiyi ali məktəbin yaranmasından və fəaliyyətindən söhbət açıb. İnstitut rəhbəri ölkəmizdə dini təhsilin tarixindən, Aİİ-nin fəaliyyətinin təşkili istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. C.Məmmədov bildirib ki, dövlət başçımızın Sərəncamı ilə yaradılan İlahiyyat İnstitutu yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadr hazırlığının təmin olunması məqsədilə yaradılıb.

Florensiya Dinlərarası və Mədəniyyətlərarası Dialoq İnstitunun vitse-prezidenti, katolik keşişi Andre Bellandi, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxışlarında mədəniyyətlərarası və dinlərarası qarşılıqlı anlayışın qorunması və inkişafı məqsədilə dini və dünyəvi tədrisin inteqrasiyası, həmçinin digər mövzular barədə danışıblar.

Rumıniya Hökumətinin Dini Məsələlər üzrə dövlət katibinin məsləhətçisi Katalina Rayın moderatorluğu ilə baş tutan “Zorakı ektremizmin qarşısının alınmasında maarifləndirmə tədbirləri” mövzusunda üçüncü paneldə çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdəki dinlər və etnik qruplar arasındakı münasibətlər Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ulu Öndərin siyasi xəttini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayədarıdır.

S.Heydərov qeyd edib ki, bu gün dünyada cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslərin dinamik inkişafı fonunda ictimai-siyasi həyatda din amili, dini təhlükəsizlik problemləri daha da aktuallaşıb. Sədr müavini deyib ki, dini təhlükəsizlik milli təhlükəsizliyin başlıca tərkib hissəsidir. Azərbaycan mürəkkəb beynəlxalq vəziyyətə, regionda mövcud olan təhdidlərə, müxtəlif səpkili təzyiqlərə, yad dini ideologiyaların idxal edilməsi cəhdlərinə baxmayaraq, güclü siyasi iradə nümayiş etdirərək dini təhlükəsizliyi təmin edib və bu siyasətin hazırkı dövrdə davam etdirilməsi son dərəcə vacibdir. Günümüzdə dini radikalizm ölkələrin sərhədlərini aşaraq beynəlxalq səviyyədə problemə çevrilib. Dini ekstremizmlə mübarizə müasir dövrün sosial problemi olmaqdadır. Bunun aradan qaldırılması istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq qurumlarla həyata keçirdiyi kompleks tədbirlərə toxunan Komitə rəsmisi deyib ki, dini radikalizmə qarşı mübarizə 3 istiqamətdə aparılır. İdeoloji müstəvidə aparılan mübarizə barədə danışan S.Heydərov dini radikalizmin və ekstremizmin fəsadlarını real faktlarla ictimaiyyətə nümayiş etdirilməsi üçün DQİDK-nın sifarişi ilə sənədli filmlər hazırlandığını diqqətə çatdırıb.

Sədr müavini çıxışının sonunda Azərbaycanın bir çox sahələrdə olduğu kimi, dövlət-din siyasətinin də nümunəvi modelini nümayiş etdirdiyini və bu sahədəki təcrübəni hamı ilə bölüşməyə hazır olduğunu vurğulayıb. Ölkələr arasında müvafiq istiqamətdə təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq prespektivlərinin müzakirə edilməsi üçün Avropa İttifaqının nəzdində platformanın yaradılması təşəbbüsünü irəli sürüb.

İordaniyada yerləşən “ARDD” beynəlxalq QHT-nin rəhbəri İzabella Astor, Beynəlxaq Miqrasiya təşkilatının nümayəndəsi Müşviq Eminov, Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taleyə İbrahimova, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Əli Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi Abbas Abbasov, Təhsil Nazirliyinin əməkdaşı Samir Həmidov ekstremizmin və dini radikalizmin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin təşkili, birgə müzakirələrin aparılması və mübarizə tədbirlərinin effektivliyinin artırılması metodlarından danışıblar.

İkigünlük beynəlxalq konfrans işini mövzu ətrafında müzakirələrlə yekunlaşdırıb.
OXŞAR MÖVZULAR