Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq

Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq


Newscenter.az.26.04.2019. "Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olarkən səsləndirib. Birinci vitse-prezident qeyd edib ki, -İçərişəhər bütün Azərbaycan üçün, bizim bütün vətəndaşlarımız üçün çox doğma və əziz yerdir:

"Bakımızın, doğma Bakımızın ürəyidir. Bu, doğrudan da çox dəyərli tarixi və mədəni abidədir. Mənim yadımdadır, xatırlayıram, bir zamanlar İçərişəhər UNESCO-nun qara siyahısına salınmışdı. Çünki burada bərpa işləri aparılmırdı. Bütün bu qanunlara zidd hərəkətlər olub. O zaman məhz Prezidentin göstərişi ilə İçərişəhərdə bir çox işlər, bərpa, yenidənqurma işləri aparıldı. Sakinlərin, sahibkarların məramları nəzərə alınaraq İçərişəhərin hər binasına, hər bir daşına dövlət tərəfindən böyük diqqətlə yanaşıldı. Mənim yadımdadır, Novruz bayramında cənab Prezidentlə bizim burada gəzintimiz oldu və sakinlərlə ünsiyyətdə olduq. Fəxr edirik ki, bizim Bakımızın belə İçərişəhəri var. Əlbəttə, mən əminəm ki, bu, hər bir azərbaycanlının ürəyində yaşayan bir hissdir. Təbii ki, Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq".
Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq

Xəbəri paylaş