Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabirabadda fermerlərə təlim keçirilib

Sabirabadda fermerlərə təlim keçirilib


Newscenter.az.27.04.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən Sabirabad rayonunda fermerlərə, torpaq mülkiyyətçilərinə və sahibkarlara fitosanitar nəzarəti və bitki sağlamlığı sahəsində “Pestisidlərdən səmərəli və təhlükəsiz istifadə” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə Saatlı, Salyan, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan fermerlər də iştirak edib.

Newscenter.az-a AQTA-dan bildirilib ki, təlimdə çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müşaviri Camal Quliyev qeyd edib ki, məqsəd respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, bitkiçilikdə zərərli orqanizmlərlə mübarizənin elmi əsaslarla təşkil edilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, pestisidlərdən kortəbii istifadə zamanı bitki aləminə, ətraf mühitə və insan sağlamlığına vurulan ziyanın qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəticəsində ölkədə qida təhlükəsizliyinin təmin edilməsidir.

Təlimdə pambıq bitkisinin zərərli orqanizmlərdən qorunması tədbirləri, pomidor minalayıcı güvəsinin zərəri, monitorinqi və onunla mübarizə tədbirləri, pestisidlərlə işləyərkən təhlükəsizlik və şəxsi gigiyena qaydaları ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara bitki sağlamlığı sahəsində təlimat və bukletlər paylanılıb.

Tədbir rayonun bitkiçilik sahələrinə aid istehsal yerlərində praktiki təlimlərlə davam etdirilib.
Xəbəri paylaş