Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA sağlam qidalanmanı təşviq etmək məqsədi ilə silsilə tədbirlər həyata keçirir

AQTA sağlam qidalanmanı təşviq etmək məqsədi ilə silsilə tədbirlər həyata keçirir


Newscenter.az.29.04.2019. AQTA qida təhlükəsizlyi sahəsində vətəndaşların məlumatlılığını artırmaq və sağlam qidalanmanı təşviq etmək məqsədi ilə silsilə tədbirlər həyata keçirir. Newscenter.az-a Agentlikdən bildirilib ki, bu tədbirlər çərçivəsində məktəblilər arasında həyata keçirilən maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir.

Belə layihələrdən biri də Agentlik tərəfindən məktəblilər arasında həyata keçirilən "Təhlükəsiz qida uşaqların gözü ilə" adlı rəsm müsabiqəsidir. Rəsm müsabiqəsinə ölkəmizin bütün bölgələrindən maraqlı əl işləri daxil olmaqdadır.

Fotolara nəzərə yetirməklə sərgidə iştirak edəcək rəsm əsərlərinin seçilməsində Siz də iştirak edə bilərsiniz. Odur ki, bəyəndiyiniz əl işlərinə münasibət bildirməklə qalibin seçilməsinə Siz də öz töhfənizi verin.

Qeyd edək ki, müsabiqəyə həsr olunan sərgi "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" keçiriləcək. Qalib və iştirakçı məktəblilərə isə Agentliyin xatirə hədiyyələri təqdim olunacaq.
Orxan
Xəbəri paylaş