Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Emin Milli müxalifət liderlərinə demokratiya dərsi keçdi

Emin Milli müxalifət liderlərinə demokratiya dərsi keçdi


Newscenter.az.29.04.2019
. “Emin Millinin “Meydan TV”-nin rəhbərliyindən istefa verməsinə sıradan bir hadisə kimi baxmamalıyıq. Bu istefa hadisəsi əslində cəmiyyətimizə və siyasilərimizə bir neçə müstəvidə çox ciddi mesajlar verməsi ilə diqqət çəkir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib:

“Sosial şəbəkədə “Əlvida Meydan TV!” adlı yazı ilə çıxış edən E.Milli bildirib ki, hər bir liderin ən böyük uğuru vaxtında vəzifəsindən getməkdir və arxasında elə bir komanda qoymaqdır ki, o komandanın artıq sənə ehtiyacı olmasın və onlar sənsiz də işləri davam etdirə bilsinlər, daha da uğurlu olsunlar". Məncə, Emin bəyin bu mesajı təkcə KİV rəhbərlərinə yox, həm də siyasətçilərə, siyasi partiya liderlərinə ünvanlanıb. Söhbət xüsusən də E.Millinin son açıqlamalarından, mövqe dəyişmələrindən narazılıq ifadə edən müxalifət partiyalarından və onların liderlərindən gedir".

Partiya sədrinin sözlərinə görə, 15-20 il davamlı şəkildə partiya sədri postlarında oturan və qocalan müxalifət liderləri yəqin ki, E.Millinin bu açıqlamasından şok yaşayıblar.

"Meydan TV" rəhbəri bu jesti ilə müxalifət liderlərinə gerçəkdən də bir demokratiya dərsi keçdi”.
Xəbəri paylaş