Impera

XƏBƏR LENTİ
23:08Kəlbəcərin deputatı şəhid kəşfiyyatçı Ülfət Kərimovun anası ilə görüşdü22:30Həftəsonları dükan və apteklər də bağlana bilər22:16Azərbaycanda işçilərin işdən müxtəlif saatlarda çıxması təklif olunur21:52Azərbaycanda bəzi xəstəxanalar viruslu xəstələri qəbul etmək üçün tam boşaldılıb21:38Azərbaycanda SMS icazə sistemi yenidən tətbiq edilə bilər21:26Türkiyədə daha 24 nəfər koronavirusdan ölüb21:08Dövlət başçısı: "Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi"20:55Dövlət başçısı: "Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad etdik"20:49İlham Əliyev: "Avropa Şurası anti-Azərbaycan mövqedədir"19:55Həftəsonu keçiriləcək imtahanlar təxirə salına bilər19:50Ramin Bayramlı: "Həftəsonu məhdudiyyətləri mətbuat sahəsinə də şamil ediləcək"19:45Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq19:30Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq19:25Azərbaycanda koronavirusa yoluxanların sayı 6 000-i ötdü19:17Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub19:141 349 obyektdə sanitar-epidemioloji tələblər pozulub19:13Azərbaycanda karantin rejiminin yumşaldılması dayandırılır18:45Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək18:33Prezident icra başçısına iradını bildirdi18:07AQTA İmişli və Bərdədə yoxlama-nəzarət tədbirləri həyata keçirib17:58Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib17:52Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb17:45Ağcabədidə yeni zavod istifadəyə verilib17:42Prezident Ağcabədidə taxıl biçinini izlədi17:40Prezident İlham Əliyev Ağcabədiyə gedib17:27AMEA-da yeni təyinat17:18Baş prokuror kürəkənini işdən çıxardı17:06Su kanalına atılmış heyvan leşi məhv edilib16:51AİB prezidentinin təşəbbüsünə əsasən videokonfrans formatında keçirilən görüş Azərbaycanla bağlı bir sıra pozitiv məqamları üzə çıxardı16:33Prezident “N” saylı hərbi hissədə olub16:25Tərtərdə yeni məktəb tikiləcək16:20Prezident Tərtərə pul vəsaiti ayırdı16:03ÜST rəsmisi: "COVID-19 infeksiyası yenidən arta bilər"15:45Neft hasilatının ixtisar müddətini uzatmağın iki variantı gündəmdədir15:18Nikol Paşinyan: "Ermənistanda vəziyyət fəlakət həddindədir"14:57Azəri Çıraq Günəşli yatağından 2 106 milyon gəlir əldə edilib14:45Tramp bu anarxistlərin etirazının qarşısını alacaq14:22“Azərxalça” ASC-nin Tərtər filialı açıldı14:06Yasamalda qadının çantasını aparan şəxslər saxlanılıb13:50Sabah güclü külək əsəcək, intensiv yağış yağacaq13:45Prezident Tərtərdə bir sıra obyektlərin açılışında iştirak edib13:20Prezident İlham Əliyev Tərtər rayonundadır13:16Yeni neft-mədən avadanlıqlarının istehsalı və əsaslı təmirinə başlanılıb12:55Moskva Dövlət Universitetinin tələbələri İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçəcək12:40Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu qadağan edildi12:24Millət vəkili: "Ölkə başçısının dəfələrlə qeyd etdiyi kimi, dövlət siyasətinin əsasını gənclər təşkil edir"12:17Universitetlərə sənəd qəbulunun müddəti uzadıldı11:47Gənclərin çağırışaqədərki hazırlığı mövzusunda müzakirələr keçirilib11:35Tikinti şirkətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi11:27İyunun 1-dək 512 fermerə 5.2 milyon manat kənd təsərrüfatı təyinatlı güzəştli mikrokredit verilib11:02Abşerondakı bütün dəmir yolu stansiyalarında velosiped dayanacaqları olacaq10:38Bu yerlərdə maska taxmayanlar cərimələnəcək - SİYAHI10:25Gömrükçülər külli miqdarda heroin aşkarladı-VİDEO10:07Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirilir-VİDEO09:14Ermənilər atəşkəsi 23 dəfə pozdu09:00Dünyada koronavirusa yoluxanların sayı 6,4 milyonu ötdü22:40Millət vəkili AŞPA-nın komitə iclasında iştirak edib-FOTOLAR21:41Türkiyədə daha 22 nəfər koronavirusdan ölüb21:09Prezident vergi güzəştləri ilə bağlı qərarı təsdiqlədi20:36Vilayət Eyvazov yol polisinə yeni rəis müavini təyin etdi20:00Azərbaycanda dövlət uşaq müəssisələrinin sayı azalıb19:50Maska taxmayanların 50 manat cərimələnməsi qərarı qüvvəyə mindi19:40Azərbaycanda cinayət törədən uşaqların sayı azalıb19:24Azərbaycanda koronavirusa yoluxanların sayı 6 minə çatır19:07Azərbaycanın uşaqlara dair strategiyası təsdiqləndi18:46Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbirlər planı təsdiqləndi18:27“Qobu park 3” yaşayış kompleksinə köçürülmə başlanılır18:17Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxub18:12Ekspres xətlərin fəaliyyəti dayandırılır17:51“Türk Hava Yolları” Bakı-İstanbul reyslərini bərpa edir17:40Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib17:27Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib17:09Gəncənin içməli su ilə təchizatı yaxşılaşdırılır17:00DİN metrodakı insidentlə bağlı açıqlama verdi16:50Mülki aviasiya işçiləri təltif edilib - SİYAHI16:44Cari tədris ilinin sonuna qədər bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldı16:40BNA sərnişinlərə tibbi maska paylayıb16:35Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb16:30Gənclər arasında esse müsabiqəsi keçiriləcək16:08Xaçmazın köhnə Xaçmaz kəndi virusa görə xüsusi nəzarətə götürüldü15:55Daha 120 azərbaycanlı Rusiyadan təxliyə olundu15:47Baş Prokurorluq: Korrupsiyaya yol vermiş orta məktəb direktoru ifşa edilib15:22Hollandiyada rasizmə qarşı aksiyalar keçirilir15:07Bu il Azərbaycanda 48 minə yaxın doğum qeydiyyata alınıb14:40Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır14:07Millət vəkili: "Karantin rejiminin yumşaldılması insanlarda arxayınlıq yaratmamalıdır"14:00Metroda polis və sərnişinlər arasında mübahisə yaranıb - VİDEO13:43Bakıdan Budapeştə uçuşlar bərpa edilir13:23AQTA-nın növbəti laboratoriyası milli və beynəlxalq akkreditasiyadan keçib13:14Karantin bitməsə, Azərbaycan Qran-prisi olmayacaq13:00Baş Prokurorluq daha bir şirkət rəhbərinin korrupsiya əməllərini ifşa etdi12:50Sabah Bakıda 32 dərəcə isti olacaq12:39Yer kürəsinə potensial təhlükəli asteroid yaxınlaşacaq12:23Maska taxmayanlar 50 manat cərimə ediləcək12:10Salyanda uzunluğu 11 km olan yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur11:58Prezident Sumqayıta 6 milyon manat ayırdı11:41Süni mayalanma ilə doğulmuş 25 370 baş buzova görə fermerlərə subsidiya ödəniləcək11:34BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılır11:21Bakıda karantini pozan kafe sahibi cəzalandırıldı11:04Millət vəkili hesabat verdi
BÜTÜN XƏBƏRLƏR
Haziran 2020 (160)
Mayıs 2020 (949)
Nisan 2020 (1438)
Mart 2020 (1234)
Şubat 2020 (624)
Ocak 2020 (9)

«    May 2019    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Fizuli Məmmədov: “Bizi birləşdirən Vətən hissidir”-FOTOLAR

01 May 2019, 18:07   
Fizuli Məmmədov: “Bizi birləşdirən Vətən hissidir”-FOTOLAR


Newscenter.az.1.05.2019. Musavat.com-un suallarını Rusiya Azərbaycanlılar İttifaqının prezidenti Fizuli Məmmədov cavablandırır.

- Fizuli müəllim, aprelin 27-də təsis toplantısı keçirilən Rusiya Azərbaycanlıları İttifaqı ideyası necə yarandı?


- Bilirsiniz ki, 30 ilə yaxındır diaspor fəaliyyəti ilə məşğulam - həm Dünya Azərbaycanlıları İttifaqına, həm Dünya Azərbaycanlıları Mədəniyyət Fonduna rəhbərlik edirəm. Rusiyada, Azərbaycanda, Avropada ötən 30 ildə böyük layihələr həyata keçirmişik. Ümumrusiya Azərbaycanlıları Konqresi ləğv ediləndən sonra Rusiyada nüfuzlu Azərbaycan diasporu qalmadı. Var olan təşkilatların rəhbərləri arasında uzun illərdir davam edən gərginliklər, ortaq qərarlar qəbul etməyə imkan vermirdi. Heç kimə sirr deyil ki, Rusiya Azərbaycan üçün həm geosiyasi, həm sosial yöndən önəmli ölkədir. 2 milyondan artıq soydaşımızın orada yaşaması Rusiyaya ən böyük diaspor potensialı olan ölkə statusu da qazandırır. Belə bir ölkədə Azərbaycan adına böyük, bütün federasiya subyektlərinin təmsil olunduğu diaspor qurumunun olmaması ümumi diaspor fəaliyyətimizdə böyük bir boşluq yaratmışdı. Rəhbərlik etdiyim DAİ və DAMF hər zaman regionlarla sıx işbirliyi içərisində olub. Əməkdaşlıq etdiyimiz təşkilatların rəhbərləri bizə yeni birlik modeli yaratmaq təşəbbüsümüzü üzərimizə götürməyi aylardır təklif edirdi. Nəhayət, bu ilin martında biz bir neçə diaspor qurumu ilə əməkdaşlıq haqqında niyyət protokolu imzaladıq. Ardınca bir çox regiondan analoji işbirliyi təklifləri gəldi və biz qərara gəldik ki, Moskvada Forum keçirək, arzu edən, böyük birlik yaradılmasını istəyənlər bir araya gəlsin, gələcək strategiyamız müəyyən olunsun. Forumda 89 federasiya subyektindən 56-sı təmsil olundu. Şəffaf, konstruktiv müzakirələr keçirdik, vahid təşkilat ətrafında birləşmək ideyasına istisnasız hər kəs dəstək verdi və biz Forumda Rusiya Azərbaycanlıları İttifaqının yaradılmasını elan etdik. Təsis toplantısında qurultaya hazırlıq üçün Təşkilat Komitəsi yaratdıq. Prosesi sürətlə aparmaqda qərarlıyıq. Vəkillərimiz sənədləşmə üzərində işləyir. Ümid edirəm, payızda qurultayımızı keçirə biləcəyik.

- ÜAK Rusiya qanunvericiliyinə uyğun olmadığı üçün ləğv edilib. Bu haqda məhkəmə qərarında bildirilir ki, qurum Rusiya Federasiyası qanununun ictimai qurumlarla bağlı tələblərinə cavab vermir. Bu məsələnin arxasında siyasi çalarların varlığım da iddia edilir. Yaratdığınız qurumun rəsmiləşdirilməsi zamanı rəsmi Moskvanın analoji maneə yaradacağını ehtimal edirsinizmi?

Fizuli Məmmədov: “Bizi birləşdirən Vətən hissidir”-FOTOLAR

- İdeya yaranandan biz Rusiyanın tanınan, bu sahə üzrə ən professional vəkilləri ilə müzakirələr aparırıq. Qurumun yaradılması üzrə ilk addımdan, yəni təsis konfransından başlayaraq qurultayın keçirilməsi, İdarə Heyətinin yaradılmasından qeydiyyat üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsinə qədər bütün proses onların nəzarəti altında Rusiya qanunvericiliyinə uyğun davam edəcək. Yeni quruma Rusiya Azərbaycanlıları İttifaqı adının verilməsi də onların təşəbbüsüdür. Bildiyiniz kimi, Rusiya Ermənilərinin İttifaqı uzun illərdir fəaliyyətdədir. Bu qurumun varlığı həm də hüquqi president yaradır. Qanun ermənilərə oxşar adda, eyni strukturda qurum yaratmaq imkanı verirsə, nədən azərbaycanlılara şamil edilməsin? Ümid edirəm, bizim vəkillərimiz yüksək professionallıq göstərəcəklər və Rusiya Azərbaycanlıları İttifaqını Rusiya Federasiyasının ictimai qurumlar haqqında qanunvericiliyinə uyğun yaradaraq bu məsələyə birdəfəlik nöqtə qoya biləcəyik.

- Fizuli müəllim, erməni diasporundan danışdınız, hazırlıq prosesində onların təşkil etdiyi hər hansı neqativlə üzləşdinizmi?

- Aydındır ki, ermənilər böyük birlikdən narahatdırlar. Bütün güclərini təbliğata yönəldiblər və həm rəsmi, həm də qeyri-rəsmi instansiyalarda Rusiya Azərbaycanlıları İttifaqı haqqında mənfi imic formalaşdırmağa çalışırlar. Onların niyyəti aydındır. Bilirlər ki, sağlam bir diaspor qurumunun yaradılması azərbaycanlıların nüfuzunu xeyli artıracaq, bu səbəbdən qeydiyyata qədər prosesi pozmağa cəhd edirlər.

- Əsas iddiaları nədir?

- Əsas odur əllərində üzərimizə gəlmək üçün heç bir rəsmi tutarqa yoxdur. RAİ-nin yaradılması üzrə təşəbbüs qrupunun, qurultayın keçirilməsi üzə Təşkilat Komitəsinin bütün üzvləri Rusiya vətəndaşlarıdır. Qanun bizə yaşadığımız, fəaliyyət göstərdiyimiz ölkədə ictimai fəaliyyətlə rəsmi məşğul olmaq hüququ verir, biz də bu hüququmuzdan istifadə edirik. İddialarından biri də qurumun Azərbaycana yaxınlığı haqqındadır ki, bu da absurddur. Çünki hüququ anlamda belə bir nüans yoxdur. Mənəvi baxımdan isə bu dünyanın istənilən millətinə məxsus diaspor fəaliyyətinin kökündə dayanan fəlsəfədir. Ölkəsindən kənarda yaşayıb milli, mədəni icma yaradan azlığı birləşdirən amil vətəndir. Üstəlik vətən amilinə ən çox xidmət edən xalqlardan biri ermənilərdir. Elə azərbaycanlıların yaratdığı birliklərlə bağlı pozuculuq fəaliyyətinin kökündə də bu dayanır. Bizim vətən amalımıza gəlincə, Azərbaycan bizim üçün məbəddir. Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq vətən həssasiyyətimizi hər zaman qorumuşuq. Məni də, Rusiya Azərbaycanlıları İttifaqını bizimlə birgə yaradan şəxsləri də Azərbaycanla yalnız mənəvi tellər bağlayır. Digər xalqlarda olduğu kimi, bizim də dövlətimizin diaspor siyasəti bizim üçün prioritetdir. Ancaq fəaliyyətimiz Rusiya qanunvericiliyi çərçivəsindədir və belə də olmalıdır. İcmamızı daha gücləndirmək, milli, mədəni varlığımızı qorumaq, Rusiya cəmiyyətində haqq etdiyimiz mövqeni əldə etmək üçün bu istiqamətdə fəaliyyət göstərəcəyik. Düşünürəm ki, Rusiya Azərbaycanlılar İttifaqı çox münasib bir dönəmdə yaranır. Həm ölkələr, həm liderlər arasında münasibətlər yüksələn xətlə davam edir. Bu faktorun Rusiya-Azərbaycan yaxınlaşması kontekstində həm də diaspor fəaliyyətinə müsbət təsir edəcəyinə inamım böyükdür.

- Bütünlükdə Rusiya ictimaiyyətinin prosesə müraciətini necə dəyərləndirirsiniz?
Fizuli Məmmədov: “Bizi birləşdirən Vətən hissidir”-FOTOLAR

- Çox müsbət. Həm iş dünyasından, həm ictimai sektordan olan dostlar, tanışlar ideyamızı həm bəyənir, həm də dəstək verirlər. 2018-ci il prezident seçkisində namizədlərdən biri olan Roman İvanoviç Xudyakovun Forumda səsləndirdiyi fikirlər bizim üçün çox qiymətlidir. Elə bir diaspor qurumumuz olmayıb ki, onun toplantısında Rusiya ictimaiyyəti prezidentliyə namizəd partiya sədri səviyyəsində təmsil olunsun. Roman İvanoviç azərbaycanlıları Rusiyanın sərvəti adlandırdı, bu ölkəni ən səmimi məhəbbətlə sevən, yüksəlişi üçün daim çalışan milli azlıqlar içərisində ən seçkin yerdə olduğumuzu dəfələrlə vurğuladı. O israrla söylədi ki, Rusiya üçün hər zaman böyük işlər görən azərbaycanlılar idarəetmədə də təmsil olunmalıdırlar, çünki Dövlət Dumasında, yerli idarəetmə orqanlarında təmsilçilik bizim böyük potensialımızın daha effektiv istifadə deməkdir. O, bu mənada bütün icma üzvlərini fəallığa dəvət etdi. Belə bir miqyaslı siyasətçinin millətimiz haqqında xoş sözlər söyləməsi, konkret hədəflər göstərməsi sevindirici olduğu qədər də ciddi stimuldur.

- Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılandan sonra Federasiyanın digər subyektlərindən də müraciətlər alırsınızmı?

- 56 federasiya subyektinin təsis toplantısında iştirakı buna qədər tərəddüddə olanların da prosesə cəlb edilməsinə səbəb olub. Daha 16 bölgədən müraciətlər var – baxacağıq, dəyərləndirəcəyik. İstəyimiz odur ki, RAİ uzun illər zəhmətini Rusiyanın iqtisadiyyatına, elminə, sosial həyatına yönəldən insanlarımızın heç biri kənarda qalmasın. Gerçəkdən də azərbaycanlılar Rusiya üçün ciddi faktordur – investor kimi, alim kimi, xidmət sektoruna yeni trendlər gətirən çalışqan zümrə kimi. Çox sevinirəm ki, birlik təklifimizə Rusiyada yaşayan intellektuallar ilk reaksiya verənlərdən oldular. Sıralarımızda nüfuzlu akademiklər, müxtəlif sahələr üzrə professorlar, ictimai xadimlər var. Bu həm də o deməkdir ki, Rusiya Azərbaycanlılarının İttifaqı milli məsələlərimizi intellektual müstəvidə müzakirə edəcək, qərarlar yalnız günlük hədəflərə deyil, strateji məqsədlərə yönələcək. Yanımızda olan hər kəsə təşəkkür edirəm, gəlmək istəyənlərə də milli düşüncə ətrafında birliyə dəvət edirəm. Yaratdığımız böyük birlik bizə gerçəkdən də geniş imkanlar açır. Güclü diaspor, həm də güclü Azərbaycan deməkdir. 200 illik erməni diasporunun bu gün Ermənistan üçün nələr etdiyi göz qabağındadır. Əminəm ki, 30 illik diaspor təcrübəmizlə, biznes, elm, mədəniyyət və ictimai sektorda olan insanlarımızın potensialı ilə biz yaxın 10-20 ildə böyük yol qət edə biləcəyik. Güclü Azərbaycan diasporu beynəlxalq məkanda güclü Azərbaycan dövləti deməkdir. Ona görə də mən ürəyində Azərbaycan sevgisi olan hər bir elm adamını, biznes sahibini, ölkədən kənarda yaşasa da milli dəyərlərimizi qoruyan hər bir kəsi Azərbaycan dövlətinin güclənməsi naminə bu böyük ideyaya dəstək verməyə çağırıram. Güclü diaspor bizim gələcək nəsillərə daha az problem qoymağımızın açarlarından biridir. Özünü azərbaycanlı sayan hər kəs üzərində belə bir mənəvi məsuliyyət olduğunu bir an belə unutmamalıdır.

Aygün Muradxanlı, Musavat.com
Fizuli Məmmədov: “Bizi birləşdirən Vətən hissidir”-FOTOLAR
OXŞAR MÖVZULAR