Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər arasında Heydər Əliyevin 96 illiyinə həsr olunmuş yarış keçirilir

 Gənclər arasında Heydər Əliyevin 96 illiyinə həsr olunmuş yarış keçirilir


Newscenter.az.6.05.2019
. Sabunçu rayonunda 47 təhsil müəssisəsindən 300-ə yaxın gəncin iştirakı ilə keçirilən, Ümummilli lider Heydər Əliyevin 96 illiyinə həsr olunmuş "Nə? Harada? Nə zaman?" yarışmasının seçim turu başa çatıb. Newscenter.az-a daxil olan məlumata görə. layihə Sabunçu Gənclər Evi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilib.

Yarışmanın seçim turu 4 may tarixində keçirilib. Yarışma eyni anda 5 fərqli məntəqədə başlanılıb. Gənclər yarışmada komanda şəklində yarışıblar. Seçim turunun yekununda yarışda iştirak edən 47 təhsil müəssisədən hər məntəqədə ən yüksək nəticə göstərən 3, ümumilikdə isə 15 tam orta məktəb komandası final mərhələsinə vəsiqə qazanıb.

Məlumat üçün qeyd edək ki, yarışmanın final mərhələsi 7 may 2019-cu il tarixində Sabunçu Gənclər Evində keçiriləcək.
Xəbəri paylaş