Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlahiyyat İnstitutu daha bir Anlaşma Memorandumu imzalayıb

İlahiyyat İnstitutu daha bir Anlaşma Memorandumu imzalayıb


Newscenter.az.6.05.2019. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mədəniyyət qurumu olan İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) Baş direktoru Xalid Ərən Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Aİİ rektoru Ceyhun Məmmədov Mərkəzin rəhbəri Xalid Ərəni İnstitutda görməkdən məmnunluğunu ifadə edib, bu səfərin iki qurum arasında qarşılıqlı əlaqələrin daha da inkişafına səbəb olacağını vurğulayıb. Rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətlərini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. C.Məmmədov Bakıda keçiriləcək “İslam sivilizasiyası Qafqazda” mövzusunda Beynəlxalq Simpoziumun təşkilinə göstərdiyi dəstəyə görə qonağa təşəkkürünü bildirib və tədbirin əhəmiyyətini vurğulayıb.

IRCICA-nın Baş direktoru X.Ərən Aİİ-nin yaradılmasını Azərbaycanda dini təhsil sahəsində atılmış vacib addım kimi dəyərləndirib. Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirdiyini ifadə edən X.Ərən İnstituta işlərində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra iki qurum arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəddə 11-12 iyul 2019-cu il tarixdə “İslam sivilizasiyası Qafqazda” mövzusunda Beynəlxalq Simpoziumun təşkil olunması ilə əlaqədar müddəalar əksini tapıb.
Xəbəri paylaş