Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyalı jurnalistin Azərbaycana həsr etdiyi kitabın təqdimatı olub

Rusiyalı jurnalistin Azərbaycana həsr etdiyi kitabın təqdimatı olub


Newscenter.az.6.05.2019. Bakı Kitab Mərkəzində (Baku Book Center) tanınmış rus jurnalisti, Moskva Jurnalistlər İttifaqının İdarə Heyətinin üzvü, “Russian Business Guide” jurnalının baş redaktoru Mariya Suvorovskayanın “Xəzər üzərində yelləncək” (Качели над Каспием) adlı kitabının təqdimatı və imza günü keçirilib. Newscenter.az xəbər verir ki, təqdimatda tanınmış elm və incəsənət xadimləri, dövlət rəsmiləri iştirak ediblər.

Qonaqları salamlayan M. Suvorovskaya kitabın yaranma ideyasından, gələcək planlarından danışaraq, Heydər Əliyev Fonduna, “Rossotrudnichestvo” təşkilatına, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinə və Bakı Kitab Mərkəzinə təşəkkürünü bildirib. Azərbaycan sevgisindən söhbət açan Mariya Suvorovskaya Azərbaycan mədəniyyətinə, ənənələrinə olan maraq və sevginin onu belə kitab yazmağa vadar etdiyini qeyd edib.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Mariya Suvorovskayanın müəllifi olduğu “Xəzər üzərində yelləncək” kitabının önəmini vurğulayaraq, müəllifə Azərbaycan sevgisinin belə gözəl ifadəsindən dolayı təşəkkürünü bildirib.

Təqdimatın sonunda qonaqlara M. Suvorovskaya tərəfindən imzalanmış və təşəkkür sözləri yazılmış "Xəzər üzərində yelləncək" adlı kitab təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.
Xəbəri paylaş