Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaşdan polıis idarəsindəki mənimsə faktı ilə bağlı nazir Usubova müraciət

Vətəndaşdan polıis idarəsindəki mənimsə faktı ilə bağlı nazir Usubova müraciət


Newscenter.az.6.05.2019. Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, ev 4 ünvanında yaşayan Eyvazov Tofiq Kamran oğlu daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edib. Newscenter.az nuh.az-a istinadən həmin üraciəti təqdim edir.

Cənab nazir!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən - Eyvazov Tofiq Kamran oğlunu 2011-ci ilin dekabrın 19-da, saat 15-00-da Səbail Rayon Polis İdarəsinin sabiq rəisi İlqar Mahmudovun ( keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu ) dəvəti ilə idarəyə çağırdılar.

İdarədə məndən izahat alandan sonra gözləmədiyim halda qollarıma qandal vurub zirzəmiyə apardılar. Üstümdə olan:



1. 1000 (min ) ABS dolları pulumu,

2. Blek Berli VİP telefonumu,

3. Vertu telefonumu,

4. Briliyant qaşlı üzüyümü,

5. Briliyant qaşlı saatımı,

6. 300 ( üç yüz ) manata yaxın pulumu, akta qol çəkdirərək məndən aldılar.


Sonra mən 6 il həbsxana həyatı yaşadım və 2017-ci ildə azadlığa çıxdım. Həbsdən azad olunandan sonra Səbail RPİ-ə müraciət edərək məndən götürülən əşyaların və pulun geri qaytarılmasını tələb etdim. Lakin bu günədək mənə məxsus əşyaları və pulu geri ala bilmirəm.

Hörmətli Ramil Usubov cənabları!

Sizdən xahiş edirəm mənə məxsus əşyaların və pulun geri qaytarılması üçün müvafiq orqanlara göstəriş verəsiniz. Mən öz qanuni əmlakımı tələb edirəm.

Hörmətlə, Eyvazov Tofiq Kamran oğlu.
Xəbəri paylaş