Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstandan bizə qarşı yönələn iddiaların arxasında ermənilərin olduğunu stisna etməməliyik

Gürcüstandan bizə qarşı yönələn iddiaların arxasında ermənilərin olduğunu stisna etməməliyik


Newscenter.az.7.05.2019. “Düşünürəm ki, Gürcüstan cəmiyyəti və siyasi elitası Azərbaycandan və əlbəttə ki, Türkiyədən həyati dərəcədə asılı olduğunu başa düşürlər, dərk edirlər. Ona görə də, bu gərginliyin planlı şəkildə yaradıldığını birmənalı şəkildə iddia etmək çətindir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri müstəqil ekspert Əlabbas Məhərrəmli səsləndirib. Onun qənaətincə, Azərbaycana qarşı iddiaları irəli sürənlər sabiq məmur və gürcü cəmiyyətində xüsusi çəkisi olmayan siyasətçilərdir:

“Onlar ola bilər, bununla ya xal qazanmağı, ya da hakimiyyətin çətin vəziyyətə düşməyini hədəfləyiblər. Mən bununla gürcülərin bizə qarşı tam iddiasız olduqlarını demək istəmirəm. Lakin ağlı başında olan şəxs nədən özünə problem yaratsın? Diqqət etdinizsə, son günlərdə Gürcüstanın daxili işlər naziri, prezidentin mətbuat katibi yumşaldıcı bəyanatlar verdilər. Bu da onu göstərir ki, Gürcüstan hakimiyyəti vəziyyəti gərginləşdirməyin mümkün nəticələrini özü üçün təsəvvür edir”.

Əlabbas Məhərrəmlinin sözlərinə görə, Gürcüstandan bizə qarşı yönələn iddiaların, provakasiyaların arxasında ermənilərin olduğunu da istisna etməməliyik. Çünki Azərbaycanla Gürcüstanın münasibətlərinin kəskinləşməsindən faydalana biləcək tərəf məhz ermənilərdir:

“O baxımdan, son gərginlikdə ermənilərin pərdəarxası rolunun olması aksiomdur. Ermənilərə bu çərçivədə öz məqsədlərinə çatmasına imkan verilməməlidir. Bunu gürcülər də nəzərə almalı və nəticə çıxarmaldırlar”.
Xəbəri paylaş