Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Aqrar Ticarət Şirkətində Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib-FOTOLAR

Dövlət Aqrar Ticarət Şirkətində Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib-FOTOLAR


Newscenter.az.9.05.2019. Dövlət Aqrar Ticarət Şirkətində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüş keçirilib. Newscenter.az-a DATŞ-dən daxil olan məlumata görə, şirkətin direktor müavini Sərxan Sərxanov görüş iştirakçılarını salamlayaraq Qələbənin qazanılmasında xalqımızın qəhrəman övladlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənlərimizin canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, veteranların döyüşlərdə göstərdikləri şücaətləri qeyd edib.
Dövlət Aqrar Ticarət Şirkətində Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib-FOTOLAR

Görüşdə iştirak edən veteranlar – Əlikişi Cümşüdov, İsmayıl Fərəcov, Ağababa İsgəndərov və Bağır Məlikov çıxış edərək Şirkətin kollektivinə öz xatirələrini danışıb, onların suallarını cavablandırıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.

Sonda Böyük Vətən müharibəsi iştirakçılarına Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi “Kənddən Şəhərə” layihəsi adından hədiyyələr təqdim edilib, onlarla xatirə fotosu çəkdirilib.
Orxan
Dövlət Aqrar Ticarət Şirkətində Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib-FOTOLAR
Xəbəri paylaş