Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclərimizi Qarabağın işğaldan azad ediləcəyi günə hazırlamalıyıq

Gənclərimizi Qarabağın işğaldan azad ediləcəyi günə hazırlamalıyıq


Newscenter.az.9.05.2019. 9 May Qələbə gününə və bu Qələbənin qazanılmasında xüsusi rolu olan, qəhrəmanlığı ilə seçilən azərbaycanlıların xatirəsinə sayğı ilə yanaşmaq mənəvi borcumuzdur. Bu Qələbə bütün insanlığın qələbəsidir. Bu Qələbə faşizm üzərində qələbədir. Unutmamalıyıq ki, İkinci Dünya Müharibəsinə qatılan 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmayıb. Onlar faşizmin məhv edilməsi üçün öz canlarından keçiblər. Lakin çox təəssüflər olsun ki, faşizmin kökünü tam şəkildə kəsmək mümkün olmayıb. Vaxtilə Şimali Qafqaza qədər gəlib çıxan alman faşistlərinin yerini indi Cənubi Qafqazda erməni faşizmi tutub. Biz gənclərimizi erməni faşizminə qarşı mübarizəyə kökləməli, onları Qarabağın işğaldan azad ediləcəyi günə hazırlamalıyıq. Vətənpərvərliyin təbliği işini daha da gücləndirməliyik. Bu işdə isə hər iki müharibənin - həm İkinci Dünya Müharibəsi, həm də Birinci Qarabağ Müharibəsi veteranlarının, qazilərinin rolu danılmazdır.

Mən fürsətdən istifadə edib İkinci Dünya Müharibəsinin sağ qalan veteranlarını 9 May Qələbə günü münasibətilə təbrik edir və tezliklə erməni faşizmi üzərində də Qələbəyə imza atmağımızı arzulayıram! Şuşada, Xankəndidə və işğal olunmuş digər şəhərlərimizdə üçrəngli dövlət Bayrağımızın yenidən dalğalanacağı, ərazi bütövlüyümüzün bərpa olunacağı gün elə də uzaqda deyil !

Əlisahib Hüseynov -
Demokrarik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit
Xəbəri paylaş