Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

96 min ağac əkilib

96 min ağac əkilib


Newscenter.az.10.05.2019
. Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə avtomobil yollarının kənarlarında ağacəkmə aksiyaları keçirilib. Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə, aksiyalar çərçivəsində Bakı şəhərinin avtomobil yollarının mühafizə zolaqlarına, yolötürücüləri və yolqovşaqlarının ərazilərinə ümumilikdə 11 min, respublikanın magistral avtomobil yollarının mühafizə zolaqlarına isə 85 min müxtəlif növ ağac, gül və kol bitkiləri əkilib.

Beləliklə son 4 ay ərzində paytaxtın və respublikanın avtomobil yollarının mühafizə zolağında 96 min müxtəlif növ ağac və kol bitkisi əkilib. Bununla da yollarının mühafizə zolağında olan ağac və kol bitkisinin sayı 1 mln. 349 min 097 ədədə çatıb.
Anar


Xəbəri paylaş