Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərsu” yaşıllaşdırma aksiyası keçirib

“Azərsu” yaşıllaşdırma aksiyası keçirib


Newscenter.az.10.05.2019. “Azərsu” Acıq Səhmdar Cəmiyyəti ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirir və yaşıllaşdırma tədbirlərinə öz töhfəsini verməkdədir.

Səhmdar Cəmiyyətdən Newscenter.az-a bildirilib ki. Ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə “Azərsu” ASC-nin idarə və müəssisələrində yaşıllaşdırma tədbirləri keçirilir. Mayın 10-da Hövsan Aerasiya Stansiyası ərazisində təşkil olunmuş ağacəkmə aksiyasında 1200-dən çox zeytun, şam, sərv, badam və digər ağaclar əkilib. Həmçinin, ötən illərdə əkilmiş ağacların mühafizəsi və onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.

Xəbəri paylaş