Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlahiyyat İnstitutunun heyəti BDU-nun Qazax filialında olub

İlahiyyat İnstitutunun heyəti BDU-nun Qazax filialında olub


Newscenter.az.10.05.2019. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) heyəti orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri çərçivəsində Qazax rayonuna səfər zamanı Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında müəllim və tələbə heyəti ilə görüşüb.

Newscenter.az-a təhsil ocağından verilən məlumata görə, BDU-nun Qazax filialında tələbələrlə görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edib ki, müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Bildirib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər gələcəyimizi daha etibarlı və daha inamlı görmək əzmində olduğumuzun bariz nümunəsidir. Ən əsası, Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdır ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin vacib prinsipləri sırasına daxil edilib.

BDU Qazax filialının rəhbəri Arif Rüstəmov Aİİ heyətini ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. Ölkəmizdə uğurlu təhsil siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda isə Ümummilli Liderin layiqli davamçısı İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.
Aİİ rektoru Ceyhun Məmmədov çıxış edərək müəllim və tələbələri salamlayıb, ölkəmizin ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin Qazax filialında olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, görüşün əsas məqsədi İnstitut haqqında məlumat vermək, eyni zamanda, 2019-2020-ci tədris ili üçün ali təhsil ocağına yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə maarifləndirici məlumatlar çatdırmaqdır.
Xəbəri paylaş