Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hansı dövlət məmurları İlham Əliyevə rəğbət bəsləyən insanlara təzyiq göstərməklə onları radikal müxalifətçiyə çevirmək istəyirlər?

Hansı dövlət məmurları İlham Əliyevə rəğbət bəsləyən insanlara təzyiq göstərməklə onları radikal müxalifətçiyə çevirmək istəyirlər?


Newscenter.az.11.05.2019.
"Azərbaycanda bəzi yüksək rütbəli dövlət məmurları var ki, onlar qəsdən İlham Əliyevə rəğbət bəsləyən insanlara təzyiq göstərməklə həmin vətəndaşları radikal müxalifətçiyə çevirmək, prezidentdən və dövlətdən incik salmaq istəyirlər. Sonra isə həmin şəxslərə radikal müxalfətçi damğası vurub onlara qarşı şəxsi ədavətdən doğan təzyiqlərinə bəraət donu geydirmək üçün guya bunu prezidenti və dövlətçiliyi qorumaq naminə etdiklərini əsaslandırmaq istəyirlər".

Newscenter.az xəbər verir ki, bu fikirləri müstəqil ekspert Nəzakət Məmmədova səsləndirib. Onun sözlərinə görə, halbuki mahiyyət etibarilə əsl radikal müxalifətçi elə özləridir:

"Onların bir tək məqsədi var - kimdənsə şəxsi qisas almaq, öz eqolarını çirkin yollarla təmin etmək. Hətta bunun üçün ən çirkin vasitələrə, o cümlədən kiminsə ailə söhbətləri, ər və arvad arasındakı münasibətlərə burunlarını soxmaq səviyyəsinə qədər enməkdən belə çəkinmirlər. Daha doğrusu, onların səviyyəsi zatən aşağı idi və fürsət düşdükcə bunu sübut edirlər".

Nəzakət Məmmədova hesab edir ki, İlham Əliyevə əsl müxalifət, həmin daxildəki xainlərdir:

"Özünü müasir, svoyski göstərməklə deyil, səviyyəcə orta əsr inkvizisiya təfəkküründən o tərəfə keçməmisiniz. Amma nə siz Roma papası deyilsiniz, nə də kimsə Janna Dark. Daxildəki və xaricdəki müxalifət prezident və dövlətçlik üçün təhlükəli deyil, onların nə əllərində silahı var, nə də dövlət çevrilişi etmək üçün maliyyəsi. Uzağı 20-30 minlik mitinq təşkil edib sözlərini deyib ürklərini boşaldırlar, ya da monitor arxasından. Əsl təhlükə mənbəyi bax, həmin qüvvələrdir. Cənab prezident, özünüzü onlardan qoruyun, çünki ağacı qurd həmişə içindən yeyər".
Xəbəri paylaş