Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabunçu gəncləri arasında intelektual oyun keçirilib

Sabunçu gəncləri arasında intelektual oyun keçirilib


Newscenter.az.12.05.2019. Sabunçu rayonunda 47 təhsil müəssisəsindən 300-ə yaxın gəncin iştirakı ilə keçirilən, Ümummilli lider Heydər Əliyevin 96 illiyinə həsr olunmuş "Nə? Harada? Nə zaman?" yarışması başa çatıb. Çempionat Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı və Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə həyata keçirilib.

Newscenter.az xəbər verir ki, yarışmanın seçim turu 4 may tarixində keçirilib. Yarışma eyni anda 5 fərqli məntəqədə başlanılıb. Gənclər yarışmada komanda şəklində yarışıblar. Seçim turunun yekununda yarışda iştirak edən 47 təhsil müəssisədən hər məntəqədə ən yüksək nəticə göstərən 3, ümumilikdə isə 15 tam orta məktəb komandası final mərhələsinə vəsiqə qazanıb.

7 may tarixində keçirilən final turunun mükafatlandırmasında Millət vəkili Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova iştirak edib. Final turunda 15 komandanın iştirakı ilə qalib olan 3 komandaya diplomlar və kubok təqdim edilib. I yerə 80 nömrəli tam orta məktəb, II yerə 169 nömrəli tam orta məktəb, III yerə 252 nömrəli tam orta məktəb layiq görülü
Xəbəri paylaş