Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SABAH teatrı beynəlxalq festivalda

SABAH teatrı beynəlxalq festivalda


Newscenter.az.13.05.2019. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) SABAH qrupları Türkiyədə 33-cü Dənizli Beynəlxalq Həvəskar Teatr Festivalında iştirak edib.

Newscenter.az-a Təhsil Nazirliyindən bildirilib ki, dünyanın bir çox ölkələrindən və Türkiyənin müxtəlif şəhərlərindən teatr kollektivlərinin qatıldığı bu festivalda ADMİU-nun SABAH qruplarının müəllim heyəti, III kurs “Aktyor sənəti” ixtisasının tələbələri və SABAH məzunları “Hərə bir qəhrəman” və “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşaları ilə iştirak ediblər.

Tamaşalar böyük maraqla qarşılanıb. Festivalın sonunda iştirakçılar sertifikatla mükafatlandırılıb.
R.Mehdiyeva
Xəbəri paylaş