Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan yenə sərsəmlədi

Paşinyan yenə sərsəmlədi

"İndi vacib məsələ Dağlıq Qarabağın danışıqlar stoluna qaytarılmasıdır. Qarabağsız bu münaqişənin nizamlanmasına nail olmaq mümkün deyil”

Newscenter.az.14.05.2019. Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə qısa görüşü haqda danışıb.

Reyting.az xəbər verir ki, İlham Əliyevlə Paşinyanın görüşü “Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının 10 illiyi ilə bağlı təşkil olunan şam yeməyi zamanı baş tutub.

“Biz cənab Əliyevlə qısa söhbət etdik. Bu, Dağlıq Qarabağdakı mövcud vəziyyətlə bağlı ümumi söhbət olub”, - Paşinyan görüşdən sonra jurnalistlərə bildirib.

Gələcəkdə yeni görüşün mümkün olub-olmaması ilə bağlı suala cavabında Paşiyan deyib ki, hələ ki konkret plan yoxdur.

“Mən əminəm ki, danışıqlar prosesi davam edəcək və indi vacib məsələ Dağlıq Qarabağın danışıqlar stoluna qaytarılmasıdır. Qarabağsız bu münaqişənin nizamlanmasına nail olmaq mümkün deyil”, - Paşinyan vurğulayıb.
Xəbəri paylaş