Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat İlham Məmmədovun Mübariz Mənsimova qarşı hücumunun pərdəarxası səbəbi

Deputat İlham Məmmədovun Mübariz Mənsimova qarşı hücumunun pərdəarxası səbəbi


Newscenter.az.16.05.2019. "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovla SOCAR rəhbərliyi arasında bir müddətdir ki, gedən söz savaşı və qarşılıqlı ittihamlara millət vəkili İlham Məmmədovun da qoşulması və Mübariz Mənsimov əleyhinə müəyyən fikirlər səsləndirməsi bəzi maraqlı sualları ortaya çıxarıb. Belə suallardan biri də ondan ibarətdir ki, millət vəkilinin Mübariz Mənsimova qarşı hücumunun arxasında nə dayanır? Yaxud deputat Məmmədov nə üçün SOCAR rəhbərliyinin müdafiəsinə qalxdı?

Newscenter.az-a etibarlı mənbənin verdiyi xəbərə görə, deputat İlham Məmmədov deputat mandatını daha 5 il əlində saxlamaq üçün belə bir gediş edir:

"Hər kəsə bəllidir ki, deputat İlham Məmmədov keçmiş Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin kadrı idi. Onun millət vəkili seçilməsində də sabiq icra başçısının böyük əməyi olub. Elmar Vəliyev istər Yevlaxın icra hakimiyətinin başçısı olanda, istərsə də Gəncəyə təyinat aldıqdan sonra da belə İlham Məmmədova dəstəyini əsirgəməyib, onun bir neçə dəfə deputat seçilməsinə vəsilə olub. İndi isə Elmar Vəliyevin heç bir siyasi gücü və təsir imkanları olmadığından İlham Məmmədovun başının üstünü qara buludlar alıb. O, növbəti parlament seçkilərində deputat seçilməyəcəyindən əmin olaraq bu səbəbdən yeni "Elmar Vəliyev" axtarır".

Mənbə onu da bildirib ki, İlham Məmmədov qarşıdan gələn parlament seçkilərində ciddi şəkildə məğlub olacağından ehtiyatlanaraq SOCAR rəhbərliyinə bir növ jest edir:

"İlham Məmmədov gözəl bilir ki, növbəti seçkilərdə yenə eyni dairədən namizəd olsa, bu dəfə o mandat əldə edə bilmyəcək. Çünki əvvəlki seçkilərdə administrativ üsullar və yerli dövlət, eləcə də özəl qurumların əməkdaşlarının iştirakı ilə seçkilərin nəticələri İlham Məmmədovun xeyrinə nəticələnib. Yəni, Elmar Vəliyevin nəzarəti altında bu işləır tənzimlənirdi".

Mənbə onu da qeyd edib ki, deputat Məmmədov ciddi cəhdlə SOCAR rəhbərliyinin komandası sırasına düşmək, bu komandanın üzvü kimi deputat seçilmək istəyinə düşsə də, lakin qarşı tərəf bu plana heç də sıcaq yanaşmır.
NEWSCENTER.AZ
Xəbəri paylaş