Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU-da “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin seçim mərhələsi keçirilib

AzTU-da “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin seçim mərhələsi keçirilib


Newscenter.az.17.05.2019. Azərbaycan Texniki Universitetində (AzTU) 18-ci dünya “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin seçim və Azərbaycan üzrə 5-ci final mərhələsi keçirilib. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, müsabiqədən əvvəl Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri- Wang Chungang və Gjan Han AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazovla görüşüblər. Görüşdə Azərbaycan və Çin arasındakı dostluq münasibətlərindən danışılıb və prorektor qonaqlara AzTU haqqında ətraflı məlumat verib. AzTU və Çin universitetləri arasındakı mövcud əməkdaşlığın genişləndirildiyini bildirən prorektor, universitetdə Çin dili kurslarının təşkil edildiyini vurğulayıb.

Daha sonra “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin final mərhələsi başlayıb. Müsabiqəni professor Sübhan Namazov açaraq yarışmanın əhəmiyyətindən danışıb. İştirakçılarına uğurlar arzulayan prorektor qeyd edib ki, müsabiqənin əsas məqsədi Azərbaycan gəncləri arasında Çin dilinə marağın artırılmasıdır.
I, II, III, IV yerin sahiblərinə sertifikatlar və hədiyyələr təqdim olunub.
Xəbəri paylaş