Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir yaşayış məntəqəsi qazlaşdırılır

Daha bir yaşayış məntəqəsi qazlaşdırılır


Newscenter.az.18.05.2019. “Azəriqaz”İstehsalat Birliyi tərəfindən Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq kənd və qəsəbələrin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, ''mavi yanacaq''la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür.

Newscenter.az-a İstehsalat Birliyindən verilən məlumata görə, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2019-cu ilin yanvar-aprel ayları ərzində 281,9 km yeni qaz kəməri çəkilmiş, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 185,7 km qaz kəməri əsaslı təmir olunmuşdur. Hazırda Ağdaş rayonunun Yenicə kəndində qazlaşdırılma işləri yüksək surətlə aparılır. Kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 25 min 600 metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı eləcə də paylayıcı qaz xətlərinin çəkilişi davam etdirilir. Kəndə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edəcək və 380-dan artıq fərdi ev mavi yanacaqla təmin olunacaq. İşlərin qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradacaq.
Xəbəri paylaş