Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müxalifətçi olmaq vicdanından, ədalət hissindən imtina etmək deyil

Müxalifətçi olmaq vicdanından, ədalət hissindən imtina etmək deyil


Newscenter.az.20.05.2019. Son günlər müxalifətin əsas fəaliyyət platformasına çevrilən sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin (BSU) rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevaya qarşı növbəti qarayaxma kampaniyasına start verilib.

Tənqidlə təhqirin yerini səhv salan müxalif qaragüruhçular xanım rektora qarşı əsassız ittihamlar səsləndirirlər. Səbəb kimi də onu göstərirlər ki, guya, Nurlana xanım 16 mayda universitetin akt zalında tələbələrlə görüşü zamanı müxalifətin ünvanına təhqiramiz ifadələr səsləndirib. Amma halbuki həmin görüşdə belə bir epizod baş verməyib. Zatən universitetdən verilən açıqlamada da birmənalı şəkildə vurğulanır ki, BSU-nun rektoru heç kəsin ünvanına təhqiramiz, nalayiq ifadələr işlətməyib və bu kampaniya da sadəcə olaraq şər və böhtan kampaniyasıdır.
Müxalifətçi olmaq vicdanından, ədalət hissindən imtina etmək deyil

Görünür bəzilərinin çörəyi hər yetənə şər və böhtan atmaqdan, mərdimazarçılıq etməkdən çıxır. Onlara elə gəlir ki, müxalifətçi olmaq ölkədə baş verən bütün proseslərə yalnız qara eynəkdən baxmaqdır. Amma bu kökündən yanlış yanaşmadır. Müxalifətçi olmaq vicdanından, ədalət hissindən imtina etmək deyil. Müxalifətdə olmaq heç də hər şeyə qara yaxmaq və hər kəsə düşmən gözüylə yanaşmaq demək deyil. Müxalifətçilik heç kimə istənilən bir şəxsi "qara siyahı"lara səlahiyyəti də vermir.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş