Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yanacaq çəninin içərisindən siqaretlər aşkarlanıb

Yanacaq çəninin içərisindən siqaretlər aşkarlanıb


Newscenter.az.20.05.2019. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki. sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi düzəldilmiş yerdən 5760 ədəd "King" markalı siqaretlər aşkar olunub.


Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş