Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrükçülər beynəlxalq elmi konfransda çıxış ediblər

Gömrükçülər beynəlxalq elmi konfransda çıxış ediblər


Newscenter.az.23.05.2019. Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən "Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri" mövzusunda beynəlxalq elmi konfransda çıxış ediblər.

Newscenter.az-a DGK-dan bildirilib ki, 10-a yaxın ölkənin nüfuzlu universitetlərinin, qabaqcıl elmi-tədqiqat mərkəzlərinin, görkəmli alimlərinin elmi məruzələri dinlənildiyi konfransda Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin əməkdaşları tərəfindən iştirakçılara "Gömrük ekspertizası və iqtisadi təhlükəsizliyin təmini məsələləri" mövzusunda məruzə təqdim olunub.

Məruzədə ölkənin iqtisadi təhlükəsizliyinin təmininin gömrük ekspertizalarında rolundan ətraflı bəhs olunub. Belə ki, məruzədə funksional aspektdən ekspert-tədqiqat funksiyasını həyata keçirən orqan tərəfindən verilən səlahiyyətlər çərçivəsində 2016-2018-ci illər üzrə bəzi fəaliyyət növlərinin xarakteristikası verilib. Fiskal siyasətin reallaşdırılmasında gömrük ödənişlərinin rolu və idxal-ixrac əməliyyatları əsasında 2016-2018-ci illər üzrə bu ödənişlərin büdcəyə daxilolmalarının dinamikası qiymətləndirilib. İqtisadi sferaya aid səlahiyyətlər, gömrük tarifi və qeyri-tarif, fiskal funksiyaya aid geniş məlumatlar verilib, qanunvericiliyin və ictimai əsayişin və iqtisadi təhlükəsizliyin təmini, gömrük qaydaları və gömrük sferasında cinayətkarlığa – "ağ ölüm"ə qarşı mübarizə və s. şərh olunub.

Konfransda dinlənilən məruzədə gömrük ekspertizasının funksional baxımdan iqtisadi təhlükəsizliyə təminində əhəmiyyətli rolu qeyd olunub.

Böyük marağa səbəb olan məruzənin təqdimatından sonra Mərkəzi Gömrük Ekspertizası İdarəsinin əməkdaşları tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Konfransda həmçinin Azərbaycanda qeyri-neft sektorunun inkişafı, innovativ cəmiyyətin təşkili, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının təmin edilməsi, ümumilikdə isə rəqabət qabiliyyətli və davamlı iqtisadi inkişafa nail olunması yolları istiqamətlərində elmi müzakirələr aparılıb.


Xəbəri paylaş