Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri üçün atış üzrə təlim keçirilib

Xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri üçün atış üzrə təlim keçirilib


Newscenter.az.23.05.2019. Mayın 23-də Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün xidmətə ilkin hazırlıq təlimləri təşkil olunub. Hazırlıq təlimlərində Akademiya heyətinin üzvləri və 37 dinləyici iştirak edib.

Newscenter.az-a DGK-dan bildirilib ki, dinləyicilər tədris planı və proqramına uyğun olaraq Daxili İşlər Nazirliyinin atış poliqonunda birinci təlim atış çalışmalarını yerinə yetirib, daha sonra təhlükəsizlik qaydaları, atışın şərtləri və digər təlimatlarla yaxından tanış olublar.

9 MM Makarov tipli tapançadan atış qaydalarını məşq edən dinləyicilər praktiki atış çalışmalarını icra ediblər.
Xəbəri paylaş