Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Həmkarlar İttifaqları Konfederasiyasının 14-cü qurultayı keçirilib

Avropa Həmkarlar İttifaqları Konfederasiyasının 14-cü qurultayı keçirilib


Newscenter.az.25.05.2019. 21-24 may tarixlərində Avstryanın paytaxtı Vyana şəhərində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının 14-cü qurultayı keçrilib. Qurultayda Avropanın 38 ölkəsinin milli həmkarlar ittifaqlarından 600 nümayəndə iştirak edib.

Newscenter.az-a daxil olan məlumata görə, Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadasov, Kənd Təsərrüfatı Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov təmsil edib.

Tədbirdə təşkilatın fəaliyyət hesabatı müzakirə edilib, növbəti dövr üçün fəaliyyət planı təsdiqlənib.

Qurultay müddətində Azərbaycan nümayəndə heyəti və Avropa Milli Həmkarlar İttifaqları Mərkəzlərinin əməkdaşları arasında görüş keçirilib, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Orxan
Xəbəri paylaş