Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil Nazirliyi media nümayəndələri üçün təlim keçirir

Təhsil Nazirliyi media nümayəndələri üçün təlim keçirir


Newscenter.az.27.05.2019. 30-31 may 2019-cu il tarixlərində Təhsil Nazirliyi bu qurumla əməkdaşlıq edən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlim keçirəcək.

Bu barədə məlumat Newscenter.az-a nazirlikdən daxil olub. Bildirilib ki, təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Təlimlərdə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri tərəfindən təhsilin ayrı-ayrı sahələri üzrə təqdimatlar ediləcək və fikir mübadiləsi aparılacaqdır. 30-dək media nümayəndəsinin iştirak edəcəyi təlim ”Dreamland Golf Club”da keçiriləcək.
R.Mehdiyeva
Xəbəri paylaş