Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xanım rektorun 250 minlik lüks avtomobili - Foto

Xanım rektorun 250 minlik lüks avtomobili - Foto


Newscenter.az.27.05.2019. Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə lüks avtomobil alıb.

Bakıpost.az xəbər verir ki, 2016-cı il istehsalı olan 90 HT 010 dövlət nömrə nişanlı "Mersedes S-400" model avtomobilin Azərbaycanda ortalama bazar qiyməti 90-100 min dollardır.

Maşının 2019-cu il buraxılışının qiyməti isə Bakıda 230 min dollara satılır.

Xanım rektorun maşınının xüsusi yığılmış avtomobil olduğu və əvvəlki sahibinə 250 min dollara başa gəldiyi bildirilir.

Qeyd edək ki, lüks avtomobil etibarnamə ilə rektorun köməkçisinin adına rəsmiləşdirilib. N.Əliyeva artıq bir neçə aydır, bu bahalı maşından istifadə edir.
Xanım rektorun 250 minlik lüks avtomobili - Foto
Xəbəri paylaş