Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaxda diametri 1,4 sm olan dolu düşüb

Qaxda diametri 1,4 sm olan dolu düşüb


Newscenter.az.28.05.2019. Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən verilən məlumata görə, mayın 27-si gündüzdən 28-i səhərədək Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 16 mm, Qəbələdə 1 mm olub. Mayın 28-də saat 10. 50-11.20 radələrində Sarıbaşda (Qax) diametri 1,4 sm olan dolu qeydə alınıb.

Mayın 27-də qərb küləyi arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 18-20 m/s-dək güclənib.

Mayın 27-də Bakıda iqlim normasından 3.2° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25° isti, aran rayonlarında 27-32° isti, dağlıq rayonlarda 19-21° isti, Naxçıvan MR-da 28-31° isti təşkil edib.
Xəbəri paylaş