Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müsabiqənin qalibləri mükafatlandırılıb

Müsabiqənin qalibləri mükafatlandırılıb


Newscenter.az.29.05.2019.
Paytaxt məktəbliləri arasında keçirilən epistolyar (məktub şəkilində yazı) inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Newscenter.az xəbər verir ki, mükafatlandırılma mərsimində “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbərliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdirləri, şagird, müəllim və valideynlər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açıq elan edən “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyev inşa müsabiqəsinin Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə 48 ildir təşkil olunduğunu deyib. Çıxışı zamanı qalib məktəbliləri təbrik edən baş direktor ənənəvi müsabiqənin əhəmiyyəti haqqında fikirlərini bildirib.

Tədbirdə çıxış edən BŞTİ-nin sektor müdiri Samirə Bektaşi şagirdlərin istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə bu cür müsabiqələrin keçirilməsinin vacibliyini qeyd edib. Qalib olan məktəblilərə uğurlar arzulayan sektor müdiri ölkəmizi beynəlxalq müsabiqələrdə təmsil edən şagirdlərimizin sayının ilbəil artdığını bildirib.
Qeyd edək ki, ölkəmizdə Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən epistolyar inşa müsabiqəsində iştirak üçün 20 min 722 inşa yazısı təhvil verilib. Ümumilikdə 20 nəfər qalib seçilib.
Xəbəri paylaş