Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Respublika Günü münasibətilə şahmat yarışı təşkil olunub

Respublika Günü münasibətilə şahmat yarışı təşkil olunub


Newscenter.az.29.05.2019. Mayın 28-də Respublika Günü münasibətilə “Atrium” Uşaq Əyləncə Mərkəzində şahmat turniri keçirilib.

Newscenter.az xəbər verir ki, turnirdə ABC Tədris və İnkişaf Mərkəzinin də kollektivi komanda şəklində təmsil olunub. Tədris mərkəzinin şahmat müəlliminin rəhbərlik etdiyi komandanın təmsilçiləri yarışda uğurla təmsil olunublar. Tədris mərkəzindən verilən məlumata görə, komanda üzvləri birinci və ikinci yerləri qazanıblar. Bu cür nailiyyətlərə görə uşaqlara diplomlar və hədiyyələr təqdim edilib. Çıxış edənlər valideynlər və tədris mərkəzlərinin rəhbərləri uşaqlarda bu yarışa, zehni idman növünə maraq yaratmaq üçün belə bir əziz gündə, bayramda bu cür yarışın təşkilatçılığına görə səbəbkarlara öz təşəkkürlərini bildiriblər.

Yarış həm də ayrı-ayrı direktorların tanışlığı, əməkdaşlıq haqqında söhbətlər aparması, sıx ünsiyyətdə olmaları ilə də yadda qalıb. Qeyd edilib ki, bu cür yarışların mütəmadi keçirilməsi məqsədəuyğundur. Yarışın sonunda digər bayram günlərində bu cür tədbirlərin keçirilməsi tövsiyə edilib.
Respublika Günü münasibətilə şahmat yarışı təşkil olunub
Xəbəri paylaş