Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Metro səhər saat 4-ə qədər sərnişinlərə xidmət göstərib-FOTOLAR-VIDEO

Metro səhər saat 4-ə qədər sərnişinlərə xidmət göstərib-FOTOLAR-VIDEO


Newscenter.az.30.05.2019. Futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə əlaqədar Bakı metropoliteni oyunun keçirildiyi 29 may və 30 maya keçən gecə gücləndirilmiş iş rejimində çalışıb.

Qurumun mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, paytaxt sərnişinləri və qonaqlarının təhlükəsizliyini, rahat hərəkətini təmin etmək məqsədilə əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb olunub. Olimpiya stadionunda oyunu canlı izləyən tamaşaçıların metropolitendən istifadəsi tam şəkildə təmin edilib. Metro stansiyaları saat 4:00-a qədər sərnişinlərin girişinə açıq olub. Səhər saat 5:00-a kimi bütün sərnişinlər mənzil başına çatdırlıb.
Metro səhər saat 4-ə qədər sərnişinlərə xidmət göstərib-FOTOLAR-VIDEO

Onu da xüsusi vurğulayaq ki, may ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi ehtimal olunan stansiyalarda 30 könüllü şəhərimizin qonaqlarına yüksək səviyyədə mədəni xidmət göstərib. Müvafiq qaydalarla təlimatlandırılan və hər biri yaddaş kitabçaları ilə təmin olunan metropoliten könüllüləri üzərinə “Ask me” (“Məndən soruş”) yazılan xüsusi geyimlərdə olublar.
Metro səhər saat 4-ə qədər sərnişinlərə xidmət göstərib-FOTOLAR-VIDEO

Xəbəri paylaş