Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ münaqişəsinin danışıqlarla və diplomatik həlli yoxdur

Qarabağ münaqişəsinin danışıqlarla və diplomatik həlli yoxdur


Newscenter.az.31.05.2019. “Təmas xəttində Azərbaycan ordusunun mayorunun işğalçı ermənilər tərəfindən şəhid edilməsi, birbaşa Ermənistanda gedən klanlar arası mübarizə fonunda baş verdi. Qarabağ klanının təmas xəttində təxribatlara əl atacağını əvvəlki şərhlərimdə qeyd etmişdim”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Nikol Paşinyana qarşı Robert Köçaryan ciddi mübarizəyə başlayır və onun orduda dayaqları gücüldür:

“Hazırda Nikol Paşinyan Qarabağdakı erməni ordusuna nəzarət edə bilmir. Buradakı işğalçı ordu Qarabağ klanının nəzarətindədir. Ona görə də biz Ermənistanda inkişaf edən siyasi böhran fonunda bu kimi təxribatların şahidi olacağıq. Bundan əlavə, Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Və, ötən gün Ermənistan xarici işlər naziri nəticə var kimi çıxış etmişdi. Göründüyü kimi Qarabağ klanı boş dayanmayıb və Paşinyana ciddi təzyiq etməkdədir. Təbii ki, Qarabağ klanının başında duran Köçaryan bu gücü Rusiyadan alır”.
Qarabağ münaqişəsinin danışıqlarla və diplomatik həlli yoxdur

Politoloq hesab edir ki, biz oturub erməni təxribatlarını gözləməməliyik: “Mütləq şəkildə işğalşı ordunun müdafiə xətti yarılmalı, güclü zərbələr endirilməlidir. Yetər artıq, Moskvadan bu qədər çəkinmək. Ümumiyyətlə Qarabağ münaqişəsinin danışıqlarla və diplomatik həlli yoxdur. Bu, proseslər ölkəmizin əleyhinədir”.
Xəbəri paylaş