Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ayaqsız model Loren Vasser Nyu-York marafonunda iştirak edəcək - FOTOLAR

Ayaqsız model Loren Vasser Nyu-York marafonunda iştirak edəcək - FOTOLAR


Newscenter.az.1.06.2019. ABŞ-dan olan model, infeksiyaya görə hər iki ayağını itirmiş Loren Vasser Nyu-Yorkda noyabrda keçiriləcək marafonda iştirak etmək niyyətindədir.

Bu barədə "Newscenter.az" "Today" telekanalına istinadən xəbər verir.

Bildirilir ki, qaçışda iştirak üçün onun qızıl protezləri yeni avadanlıqla təchiz ediləcək.

Vasser telekanala müsahibəsində yoluxucu zəhərli xəstəlikdən zərər çəkən qadınlara köməyindən danışıb. Model bildirib ki, Konqres üzvü Kerolin Melouni ilə birlikdə qadın gigiyenası məmulatlarının tərkibinin dəqiq göstərişi haqqında qanunun parlament tərəfindən qəbuluna çalışır.
Ayaqsız model Loren Vasser Nyu-York marafonunda iştirak edəcək - FOTOLAR

Vasser 2012-ci ildə Vasser stafilokokla yoluxdurulmuş tampondan (yaraya qoyulan tıxac -red) zərər çəkib. Orqanizmin yoluxmasına görə başlanan qanqrena nəticəsində qadının iki ayağı amputasiya olunub.

ABŞ-da yoluxucu-zəhərli şok 38 qadının həyatına son qoyub. 2002-ci ildə Kaliforniyada 8 qadın dünyasını dəyişib.
Anar
Ayaqsız model Loren Vasser Nyu-York marafonunda iştirak edəcək - FOTOLAR
Xəbəri paylaş