Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 274949 fermer qeydiyyatdan keçib

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 274949 fermer qeydiyyatdan keçib


Newscenter.az.3.06.2019. İyunun 3-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 274949 fermer qeydiyyatdan keçib. Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, fermerlərdən 198.837 nəfər EKTİS-də öz aqrar fəaliyyətlərini torpaq mülkiyyəti haqqında Dövlət Aktı/Şəhadətnamə əsasında rəsmiləşdiriblər. 55388 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 5198 fermer icarə sənədi, 2644 fermer etibarnamə, 576 fermer vərəsəlik şəhadətnaməsi, 231 fermer arayış, qalan fermerlər isə digər müvafiq sənədlər əsasında EKTİS-də qeydiyyatdan keçiblər.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata düşən fermerlərin sayına görə Sabirabad rayonu ilk yeri tutur. Bu rayon üzrə subsidiya alan fermerlərin 90,32 faizi, yaxud 14794 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər. Xaçmazda 11113, Cəlilabadda 10029, Şəkidə 9962, Bərdədə 8974, Saatlıda 8943, Qubada 8751, İmişlidə 8743 fermer EKTİS-də qeydiyyat prosedurunu tamamlayıb.
Orxan
Xəbəri paylaş