Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkə üzrə bütün avtovağzallarda gücləndirilmiş iş rejiminə keçildi

Ölkə üzrə bütün avtovağzallarda gücləndirilmiş iş rejiminə keçildi


Newscenter.az.3.06.2019. Respublikanın 62 avtovağzal və avtostansiya kompleksində Ramazan bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimi iyunun 4-dən 7-nə qədər davam edəcək. Bu barədə məlumat Newscenter.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, bayramda yollarda gözlənilən sıxlığı nəzərə alaraq qeyri-qanuni daşımalarla səfərlərinizi riskə atmayın:

“Əlavə olaraq qeyd edək ki, ötən il 62 avtovağzal və avtostansiya kompleksindən Ramazan bayramı ilə əlaqədar ümumilikdə 54 542 nəfər sərnişin daşınıb. Paytaxtdan regionlarımıza səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağını ehtimal edərək biletlərinizi öncədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə etməyinizi tövsiyyə edirik.. Region avtovağzallarımızdan növbəti ən böyük sıxlığın Gəncə, Mingəçevir və Şirvanda müşahidə ediləcəyi ehtimal olunur. DANX olaraq sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacağınız təqdirdə (012) 562-67-58 nomrəsinə zəng edərək məlumat verəsiniz”.

Məlumatda o da qeyd edilib ki, "Hello Nature-from the Capital to Nature" layihəsinə uyğun aksiyanın davamı olaraq regionlara səfərlərlə bağlı məlumat kitabçalarını nəqliyyat könüllülərimiz Bakı Beynəlxalq Avtovağzal Kompleksində, Hava Limanında və Fəvvarələr Meydanında turistlərə təqdim edəcəklər.
Xəbəri paylaş