Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Su təsərrüfatı və meliorasiya işçiləri günü ilə bağlı sərgi keçirilib

 Su təsərrüfatı və meliorasiya işçiləri günü ilə bağlı sərgi keçirilib


Newscenter.az.4.06.2019. 5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ilə əlaqədar tədbirlər davam edir.

Newscenter.az-a “Azərsu” ASC-dən verilən məlumata görə, “+82 Qərb” su anbarının ərazisində salınmış “Yasamal parkı”nda “Azərsu” ASC və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə rəsm sərgisi keçirilib. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov sərgini ziyarət edib.

Sərgidə tanınmış rəssamların, ali və orta təhsil müəssisələrinin tələbə və şagirdlərinin su mövzusunda əsərləri nümayiş olunur. Artıq 3-cü dəfədir su mövzusunda təşkil olunan sərgiyə maraq böyükdür. Sərgi iştirakçıları hesab edir ki, bu cür tədbirlər mədəniyyət və incəsənətin inkişafına xidmət etməklə yanaşı, insanların sudan səmərəli istifadə ilə bağlı baxışlarının formalaşmasına xidmət edir.

“Azərsu” ASC-nin sədri Q.Hüseynov gənc rəssamlarla görüşüb onlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Sərginin yekununda münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib. İlk 3 yeri tutan rəssamlara mükafat, digər iştirakçılar təşəkkürnamə ilə təltif olunublar.
Xəbəri paylaş