Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionlardan paytaxta 14908 nəfər sərnişin daşınıb

Regionlardan paytaxta 14908 nəfər sərnişin daşınıb

Newscenter.az.5.06.2019. Ramazan bayramı ilə əlaqədar olaraq regionlardan paytaxta sərnişin axını bayramın ilk günlərində paytaxt Bakıdan regionlara axınla müqayisədə nisbətən az olsa da, gücləndirilmiş iş rejimi tam qaydada 56 avtovağzal və avtostansiyamızda davam edir.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova verib. O, bildirib ki, ümumilikdə regionlardan paytaxta iyunun 4-dən 5-nə qədər 14908 nəfər sərnişin daşınıb:

"Qaynar xəttimiz və regional avtovağzallardakı məlumat bürolarımız sizdən daxil ola biləcək bütün müraciətlər və şikayətləri qəbul etmək üçün bayram günlərində də iş başında olacaqlar. Bayramın son günü regionlarımızdan paytaxta səfər edəcək sərnişinlərin daha çox olacağını nəzərə alaraq sərnişinlərin yarana biləcək suallarını cavablandırmaq üçün DANX-ın bir qrup aidiyyatı şöbə üzrə səlahiyyətli nümayəndələri axının çox olacağı region avtovağzallarımıza ezam olunacaq".


Avtobus sürücülərinə müraciət edən DANX rəsmisi deyib ki. bayram günlərində magistral yollardakı sıxlığı nəzərə alaraq idarə etdikləri avtonəqliyyat vasitəsinin sürət həddini aşmasınlar:

"Bu əziz günlərdə insanları faciə ilə üzbəüz qoymasınlar".
Xəbəri paylaş