Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransanın məhkəmə sistemi Qarabağın işğal edilməsi faktına münasibətdə ilk dəfə ədalətli mövqe tutub

Fransanın məhkəmə sistemi Qarabağın işğal edilməsi faktına münasibətdə ilk dəfə ədalətli mövqe tutub

Newscenter.az.6.06.2019. Fransanın Val d’Oise Departamentinin İnzibati Məhkəməsinin Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı erməni separatçıları arasında imzalanan "Dostluq Xartiyası"nı ləğv etməsi barədə xəbəri birmənalı olaraq günün ən xoş, müsbət xəbəri hesab etmək olar. Xatırladaq ki, sözügedən "xartiya" Fransanın Arnuvil şəhərinin meri Paskal Dol ilə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Xocavənd rayonunun Şeher yaşayış məntəqəsinin separatçı rəhbəri arasında imzalanmışdı.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, bildirib ki, Dağlıq Qarabağa qanunsuz səfər edərək orada separatçılarla görüşən və "sənəd" imzalayan merə qarşı ittiham Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə irəli sürülmüşdü:

"Şikayətə baxan Fransanın Val d’Oise Departamentinin Cergy-Pontoise İnzibati Məhkəməsi isə merin əleyhinə qərar verib. Beləliklə, Fransanın məhkəmə sistemi Qarabağın işğal edilməsi faktına münasibətdə ilk dəfə ədalətli mövqe tutub, müsbət presedent yaradıb. Fransa tərəfinin belə bir önəmli addım atmasında heç şübhəsiz ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın aylardan bəri Fransanın ali hakimiyyət nümayəndələri ilə apardığı ardıcıl siyasi-diplomatik fəaliyyət də çox mühüm rol oynayıb. Bu müsbət tendensiyanı permanent proses halına gətirə bilsək, erməni diaspor təşkilatlarının və Ermənistana lobbiçilik edən güclərin indiyə qədər əldə etdikləri bir çox nəticələri məncə, tamamilə heçə endirmək olar".
Xəbəri paylaş