Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda silahlı atışma olub, ölən və yaralanan var

Bakıda silahlı atışma olub, ölən və yaralanan var


Newscenter.az.7.06.2019. Bakının Binəqədi rayonunda silahlı insident baş verib.

"Report"un məlumatına görə, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs "Mercedes" markalı avtomobilə atəş açıb. Nəticədə bir nəfər hadisə yerində ölüb, daha bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Hazırda cinayəti törədən və dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş