Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu yollarda rənglənmə işləri aparılır

Bu yollarda rənglənmə işləri aparılır


Newscenter.az.7.06.2019. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Novxanı-Pirşağı və Xaçmaz-Xudat avtomobil yollarında üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Dövlət Agentliyi yayıb.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Anar
Xəbəri paylaş