Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Taxıl biçini ilə bağlı fermerlərlə görüşlər keçirilir

Taxıl biçini ilə bağlı fermerlərlə görüşlər keçirilir


Newscenter.az.10.06.2019. “Aqrolizinq” ASC cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi üçün fermer, mexanizator və kənd sakinlərinin maarifləndirilməsi ilə bağlı regionlarda görüşləri davam etdirir. Bölgələrdə biçinin gedişi ilə bağlı monitorinqlər aparır.

Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Biləsuvar, Beyləqan və İmişlidə sahələrdə biçinin gedişi ilə bağlı fermelərlə görüş keçirilib. Görüşdə "Aqrolizinq" ASC-nin sədri Elmin Rəhmanov fermer və kənd sakinlərinin problem və şikayətləri dinləyib, onların həlli istiqamətində tədbirlərin görüləcəyini bildirib. Biçini həyata keçirən mezanizatorlara tövsiyə və tapşırıqlarını verib. Görüşdə taxıl biçini mövsümündə həyata keçiriləcək tədbirlər barəsində sakinlərə ətraflı məlumat verilib.

Qeyd edək ki, regionlarda taxıl biçininə hazırlıqla bağlı görüşlər davam etdirilir. Monitorinqlərin keçirilməsində əsas məqsəd taxıl biçininin vaxtında və itkisiz həyata keçirilməsinə nail olmaqdır. Həmçinin, fermer və kənd sakinləri ilə daha yaxın ünsiyyətin qurulması, onların problem və şikayətlərinin aradan qaldırılmasından İbarətdir. O cümlədən, onların həlli istiqamətində tədbirlərin görülməsi, və maarifləndirmə işlərinin aparılmasıdır.
Orxan
Xəbəri paylaş