Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı məşhur "Aurus" avtomobil şirkətinin rəhbəri vəzifəsinə təyin edilib

Azərbaycanlı məşhur "Aurus" avtomobil şirkətinin rəhbəri vəzifəsinə təyin edilib


Newscenter.az.11.06.2019. "UAZ" və "Ford Sollers" birgə müəssisələrinin baş direktoru Adil Şirinov "Aurus" avtomobilinin istehsalçısı "Aurus" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsinə təyin edilib.

"Newscenter.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyinin məlumatında bildirilir.

O, iyunun 1-dən "Aurus" MMC-ının baş direktoru vəzifəsini icra edir. Adil Şirinov bu postda Herhard Hilqerti əvəz edib. Qeyd edilir ki, H.Hilqert 2018-ci ildən şirkətə başçılıq edib.

Adil Şirinov 1964-cü ildə Bakıda doğulub. O, bu yaxınlarda "UAZ" və "Ford Sollers" birgə müəssisələrinin baş direktoru vəzifəsini icra etməyə başlayıb.

Anar Tagiyev
Xəbəri paylaş